Yuxarı

Nazir Misirdə - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir Misirdə - Foto

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının Misirin Luksor şəhərində keçirilən 104-cü sessiyasında çıxış edib.

Bu barədə Axar.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ə.Qarayev qeyd edib ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafında iqtisadiyyatın bir qolu olan turizm əhəmiyyətli rol oynayır. Nazir son illər bu sahədə həyata keçirilən layihələr haqqında məlumat verərək, viza sadələşdirilməsinin tətbiqindən sonra əvvəlki illərlə müqayisədə xarici turistlərin səfərlərində 11 faiz artımın olduğunu qeyd edib. Bununla yanaşı, Ə.Qarayev ölkəmizdə təşkil edilən beynəlxalq tədbirlərin əhəmiyyətindən danışıb, 2017-ci ilin may ayında Azərbaycanda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və tədbir çərçivəsində təşkil olunacaq turizm nazirlərinin konfransı haqqında məlumat verib.

O qeyd edib ki, 2017-ci il dünyada "İnkişaf naminə davamlı turizm beynəlxalq ili" çərçivəsində ölkəmizdə də bir sıra layihələr həyata keçiriləcək.

Nazir Azərbaycan Prezidentinin turizm sahəsinə göstərdiyi yüksək diqqət, 2016-cı il sentyabrın 1-də turizmin inkişafına dair imzalanmış Sərəncamın əhəmiyyəti barədə danışıb, hər il sentyabrın 27-nin Azərbaycanda "Turizm işçiləri günü" peşə bayramı kimi qeyd edildiyini vurğulayıb.

Tarix
2016.11.01 / 01:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla