Yuxarı

Ermənilərin də iştirak etdiyi tədbirin - Qarabağ bəyanatı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış" mövzusunda beynəlxalq konfransın iştirakçıları adından müraciət qəbul edilib.

APA-nın məlumatına görə, Azərbaycan və Ermənistan prezidentlərinə, xalqlarına ünvanlanan müraciətdə qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır.

Bəyanatda vurğulanıb ki, 2016-cı ilin aprelində baş verən hadisələr müharibə riskinin böyük olduğunu göstərib: "Hərbi məqsədlə xərclənən vəsaitlər insanların rifahının yüksəldilməsinə yönəldilə bilər. Ermənistan və Azərbaycan xalqları bu gərginliklərdən yorulub. Artıq kiminsə kənardan gəlib bizə kömək edəcəyi fikrindən əl çəkməliyik. Bu konfrans nəticəsində ortaq addımlar atmaq qərarına gəldik. Münaqişənin sülh yolu ilə həlli üçün müvafiq şərait var, konstruktiv addımlar atılmalıdır. Münaqişənin sülh yolu ilə həlli Azərbaycan və Ermənistanın iqtisadi inkişafına təkan verəcək. Bu da xalqlar arasında sülhün möhkəmləndirilməsinə təkan verəcək. Ermənistan işğal etdiyi əraziləri boşaltmalı, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalıdır".

Bəyanatda nəzərə çatdırılıb ki, Azərbaycanda 30 min erməni rahat yaşayır: "Ermənilərin Azərbaycanda sülh şəraitində yaşaması üçün heç bir maneə yoxdur. Ermənilərlə azərbaycanlıların birgə yaşamasının mümkünsüzlüyü ilə bağlı fikirlər rədd edilməlidir. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa yüksək muxtariyyət verilməsi ideyası nəzərə alınmalı, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoquna üstünlük verilməlidir. Bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. Helsinki Yekun Aktı nəzərə alınaraq, addımlar atılmalı və Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir".

Tarix
2016.11.08 / 15:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Rabitəbank ABŞ bankı ilə işbirliyini müzakirə etdi - Foto

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla