Yuxarı

“Ali Baş Komandan bizim üzərimizə vəzifə qoyub"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ali Baş Komandan bizim üzərimizə vəzifə qoyub"

"Bu gün bizim yalnız bir problemimiz var, o da Dağlıq Qarabağ münaqişəsidir".

Bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ali Hərbi Məktəbə Heydər Əliyevin adının verilməsinin 10 illiyinə həsr olunmuş təntənəli mərasimdə bildirib.

Nazir qeyd edib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı qarşımıza işğal olunmuş ərazilərin azad olunması kimi məsuliyyətli bir vəzifə qoyub: "Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad edək. Ölkə rəhbərinin böyük iftixarla qeyd etdiyi kimi, Azərbaycan bayrağı işğal olunmuş torpaqlarda qaldırılacaq".

O, Heydər Əliyevin adının Ali Hərbi Məktəbə verilməsinin 10-cu ildönümü münasibətilə tədbirdə iştirak edən generalları, zabitləri, gizirləri və kursantları təbrik edib.

Z.Həsənovun sözlərinə görə, müasir mütəşəkkil ordunun yaradılması Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biridir. Ulu öndər hələ ötən əsrin 70-ci illərdə Azərbaycanın öz müstəqilliyini öncədən görərək Cəmşid Naxçıvanskı adına hərbi məktəbi yaradıb. Həmin kadrlar müxtəlif hərbi ixtisaslara yiyələniblər. Respublikanın ərazi bütövlüyünün qorunmasında, Ermənistanın təcavüzünün qarşısının alınmasında Cəmşid Naxçıvanski adına hərbi məktəbin məzunlarının əvəzsiz rolu və xidmətləri olub".

Nazir qeyd edib ki, Heydər Əliyevin adını daşığıdı məktəbdə təhsil almaq həm şərəfli, həm də məsuliyyətlidir.

Z.Həsənov bildirib ki, Ordumuzun daha güclü olması üçün ən müasir texnika və silahları ixtira etməyi bacaran, xüsusilə də milli-mənəvi dəyərlərə əsaslanan milli kadrlara bu gün ehtiyacımız var. Bu məktəbdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və digər ölkələrdən də təhsil alan xarici ölkə vətəndaşları var. Ölkə rəhbərliyi sayəsində yüksək ixtisaslı zabitlərin hazırlanması üçün hər cür şərait var və bu diqqət daha da artırılacaq: "Əminəm ki, Heydər Əliyev adına Ali Hərbi Məktəb Ali Baş Komandanın hər bir əmrini hər an yerinə yetirməyə hazır olacaq".

Tarix
2014.03.14 / 17:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Təcili

Efirdə AzTV sədri ilə mübahisə, batan “T” və ayaqqabı...

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla