Yuxarı

Aydın Bəşirov qudurğan işçisindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (ADXDG) sabiq rəisi Aydın Bəşirov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini Mübariz Mədətovun oğlunun törətdiyi ağır yol qəzasına və buna görə atasının vəzifəsindən azad edilməsinə münasibət bildirib.

A.Bəşirov açıqlamasında Mübariz Mədətovu vaxtilə işə götürdüyünü söyləyib: "Vaxtilə Mübarizi işə mən götürmüşdüm. Ancaq insan gərək qudurmasın, yolunu azmasın, ayaq altını qazmasın. Başqasına "yama" qazmaq olmaz. Allah hər şeyi görür. Maşınla gedib gözəl, qabiliyyətli bir sənətkarı vurub. Qəza zamanı 2 nəfər adam ölüb, təbii ki, bu cəzasız qalmamalı idi. Başqasının ölümünə bais olmağı Allah da bağışlamaz. Bahalı maşın almısan, o zaman sağlıqla işlət, qayda-qanunla idarə et. Yoxsa belə şey olar, get camaatı maşınla vur öldür? Bunu Allah da bağışlamaz. Digər tərəfdən isə cənab prezident harınlamış insanları heç zaman cəzasız qoymur. Cənab prezident xalqın prezidentidir, o hər zaman haqqın, ədalətin tərəfində olub. Cənab prezident nə etdiyini hamımızdan yaxşı bilir. Yadınıza gəlirsə, bir dəfə də cənab prezident avtomobillərdə vurulan "plyonka" məsələsini gündəmə gətirən zaman dedi ki, əgər hansı məmurun övladı harınlayarsa, o zaman onun atasını da işdən çıxaracam. Sağ olsun cənab prezident ki, hər zaman xalqın yanındadır. ".

A.Bəşirov mətbuatda onun guya Mübariz Mədətovla qohum olması və biznes ortağı olması məsələsinə də münasibət bildirib: "Vallah, mənim oğlum heç onun övladlarını tanımır. Mənim oğlum uzun illərdir xaricdə yaşayır, özü də hüquqşünas adamdır. Hətta, oğlum belə yazıları görəndə təəccüblənir və deyir ki, bunlar nə tip adamlardır" ("Publika.Az").

Tarix
2014.03.19 / 13:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla