Yuxarı

Azərbaycanla əməkdaşlığımıza sadiqik - Brinks

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla əməkdaşlığın davam etdirilməsinə dərin bağlılıq və sadiqliyimizi yenidən bildirmək istəyirik.

APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brink deyib.

Onun sözlərinə görə, ABŞ müstəqil, sabit və demokratik inkişaf edən Azərbaycanla birlikdə hərəkət etməyə davam edəcək. B. Brink Azərbaycanda prezident İlham Əliyev, xarici işlər naziri, vətəndaş cəmiyyəti üzvləri, siyasi partiyaların nümayəndələri ilə görüşdüyünü bildirib: "Görüşlərlə ikitərəfli əlaqələri daha da inkişaf etdirməyin yollarını müzakirə etdik. Bununla yanaşı təhlükəsizlik məsələlərinə toxunduq. Terror və transmilli cinayətkarlıqla mübarizə, habelə iqtisadi, energetika məsələsi müzakirə olundu. Azərbaycanın bu sahədə əldə etdiyi uğurları və iqtisadi artımı müzakirə etdik. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu yüksək qiymətləndiririk. Azərbaycanın iqtisadi planlarını, islahatları nəzərdən keçirdik. Bu addımların korrupsiyanın azaldılması və şəffaflığın təminində rolu vurğulandı".

Dövlət Departamenti rəsmisinin sözlərinə görə, görüşlərdə həmçinin hüquq-məhkəmə sistemi müzakirə edilib, İlqar Məmmədovun məsələsinə toxunulub. Azərbaycan prezidentinin xarici qrantlarla bağlı imzaladığı sərəncamı yüksək qiymətləndirdiyini deyən diplomat qeyd edib ki, istənilən demokratik cəmiyyətin əsas azadlıqları olan media azadlığı, sərbəst toplaşma və güclü vətəndaş cəmiyyəti böyük əhəmiyyət kəsb edir.

Tarix
2016.11.22 / 20:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla