Yuxarı

Millət vəkili Belqradda ermənilərin səsini kəsdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Serbiyanın paytaxtı Belqradda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının (PA) 48-ci sessiyası öz işini davam etdirib.

Modern.az xəbər verir ki, sessiyanın 3-cü iclasını QDİƏT-nın PA-nın vitse-prezidenti, Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev aparıb. İclasda Qara Dəniz İqtisadi Əməkdaşlıq ölkələrində elm və təhsilin vəziyyəti, elmin və təhsilin davamlı inkişafa təsiri mövzusunun müzakirəsi olub.

İclasın gedişində erməni nümayəndə heyətinin üzvü tədbiri pozmaq cəhdi göstərib, lakin onun cəhdinin qarşısı sədr alınıb. Belə ki, elm və təhsil məsələsi müzakirə olunmasına baxmayaraq, Ermənistan nümayəndə heyətinin üzvü terrorizm mövzusuna yenidən qayıdıb, Azərbaycan nümayəndələrinin noyabrın 30-da Ermənistanı terrorizmdə suçlamasına cavab vermək istəyib. İclasa sədrlik edən Musa Quliyev erməni deputatını reqlamentə uyğun olaraq mövzu barədə danışmağa dəvət edib. O, həmin mövzuda çıxış etməyərək yenə də terrorizm mövzusuna qayıtmaq istəyib.

Musa Quliyev reqlamentə uyğun olaraq onun mikrofonunu söndürəcəyini və səs hüququndan məhrum ediləcəyi xəbərdarlığını edib. Lakin erməni deputat yenə də təkid edərkən, iclasa sədrlik edən təşkilatın vitse-prezidenti Musa Quliyev onun mikrofonunu söndürüb və erməni deputatına səsvermə hüququndan məhrum olunduğunu bildirib.

Bu qərar iclasda iştirak edən bütün nümayəndə heyətləri tərəfindən müsbət qarşılanıb. Eyni zamanda Musa Quliyev bu gün Azərbaycanda elmin və təhsilin davamlı inkişafa təsiri mövzusunda məruzə ilə çıxış edib. O məruzəsində göstərib ki, “Azərbaycanda elmə və təhsilə böyük dövlət qayğısı var, cənab Prezidentin təsdiq etdiyi 20-dən çox elmin və təhsilin inkişafı ilə bağlı proqram qəbul olunub.

Elmin maliyyələşdirilməsi ilbəil artırılaraq 1,8 milyard manata çatdırılıb”.

M.Quliyev Prezidentin təsdiq etdiyi başqa bir proqrama da toxunaraq Azərbaycan gənclərini 2007-2015-ci illər ərzində dövlət vəsaiti hesabına dünyanın tanınmış universitetlərinə göndərildiyi barədə də QDİƏT-nın PA-nın üzvlərinə məlumat verib. O bildirib ki, bu proqram çərçivəsində 3500-dən çox azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrində təhsil alıb. Eyni zamanda M.Quliyev tərəqqini elmin və təhsilin inkişafında, ümumi standartların qəbul olunması, diplomların qarşılıqlı surətdə tanınması mexanizminin hazırlanmasında görərək bu işin asanlaşdırılması barədə təkliflər irəli sürüb.

Deputat qeyd edib ki, elmin inkişafı bütün dünyada, o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı üzvləri olan dövlətlərdə insanlığın inkişafına, sülhə və tərəqqiyə xidmət etməlidir.

Günün ikinci yarısında isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 48 iclası öz işini yekunlaşdırıb. Təşkilata sədrlik Serbiyadan Türkiyəyə keçib. Növbəti baş assambleya gələn ilin iyun ayında Türkiyədə keçiriləcək.

Tarix
2016.12.01 / 17:41
Müəllif
Axar.az
Digər xəbərlər

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla