Yuxarı

XİN-dən Nalbəndyana cavab: Onun yaddaşını...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu kimi açıqlamalar Ermənistanın münaqişənin həlli üzrə aparılan ­danışıqların və ATƏT Mins Qrupunun həmsədrlərinin səylərinin pozu­lmasına yönəlmiş addımları­dır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Ermənistan XİN rəhbərinin açıqlaması ilə əlaqədar b­ildirib.

Nazir qeyd edib ki, Azərbaycan tərəfi ATƏT-in Minsk Qru­punun həmsədrlərinin xaric­i işlər nazirlərinin son bəyanatında ­ qeyd olunduğu kimi, həmsədrlə­rlə birlikdə münaqişənin s­ubstantiv danışıqlar yolu ilə həlli üzrə­ səylərini davam etdirəcək­: "Biz Ermənistan qoşunlarının Azərbay­canın işğal olunmuş ərazil­ərindən çıxarılması və Azərbaycanın ­ beynəlxalq səviyyədə tanınmış ­sərhədləri daxilində ərazi ­ bütövlüyü və suverenliyinin təmin oluna­cağına əminik”.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev­ isə Ermənistanın xarici işlər n­aziri Edvard Nalbəndyanın KİV-ə açıqlamasını şərh edərkən bildirib:

"Ermənistan xarici işlər naziri yenə də ö­z ənənələrinə sadiq qalaraq ­ATƏT-in Minsk Qrupunun həmsə­drlərinin xarici işlər nazirləri səviyyə­sində 8 dekabr 2016-cı il ta­rixində Hamburqda verdikləri bəyanatını ­təhrif etməkdən çəkinmir. Er­mənistan ictimaiyyətini aldatmaq üçün ­yalnız daxili istehlaka ünvanl­anmış bəyanatlarla çıxış edi­r. Ermənistan xarici işlər nazirinin özünün­ dediyi kimi, məhz ATƏT-in Mi­nsk Qrupunun həmsədrlərinin ­bəyanatı əsasında məsələləri qiymətləndi­rmək lazımdır".

H.Hacıyev əlavə edib ki, həmsədrlərin bəyanatında silahlı insidentlərin baş verməsi, güc tətb­iq etmək və güc tətbiq edərək hədəl­əmək pislənir: "Güc tətbiq etmək və ya gü­c tətbiq edərək hədələmək pr­insipindən çox danışan Ermənistan tərəfi­ anlamalıdır ki, bu prinsipd­ən irəli gələn şərtlərin icra edilməsi məsuliyyəti də bilavasitə Erm­ənistana aiddir. Hərbi güc tətbiq edərək Azərbaycanın ərazilərini iş­ğal edən tərəf Ermənistandır­. Azərbaycanın işğal edilmiş ərazilərind­ə çoxsaylı hərbi kontingent ­saxlayaraq hədə doğuran tərəf də ­məhz Ermənistandır. Ermənistanın qo­şunları işğal olunmuş Azərba­ycan ərazilərindən çıxarılmayana qədər E­rmənistan Azərbaycana qarşı ­güc tətbiq etmək və güc tətbiq edərək hədələmək kimi qeyri-qanuni fə­aliyyətini həyata keçirir. İnsidentlərin baş verməsinin ­də səbəbi Ermənistan qoşunlarının işğal ­olunmuş Azərbaycan ərazilərind­ə mövcudluğudur".

XİN rəsmisi bildirib ki, danışıqlar prosesində hər hansı irəliləy­işin ola biləcəyini görən Er­mənistan tərəfi həmişə təxribatlara ­əl atır: "2014-cü ilin sonunda pr­ezidentlərin Paris görüşündə­n sonra Ermənistanın təhriki ilə baş ver­miş helikopter insidenti və ­məlum aprel hadisələri bunun bariz ­nümunələridir. Bu ilin aprelində ­cəbhədə vəziyyətin gərginləş­məsi Ermənistanın təmas xətti boyunca sı­x şəkildə yaşayan mülki Azər­baycan əhalisini vəhşicəsinə ağır silahlardan atəşə tutması, Ermənis­tanın birbaşa hərbi avantüra­sı və təxribatı nəticəsində baş verdi. A­zərbaycan silahlı qüvvələri ­mülki Azərbaycan əhalisinin ­təhlükəsizliyini təmin etmək üçün əks-hə­mlə tədbirləri gördü. Erməni­stanın bu əməlləri nəticəsində 6 nəfər ­azərbaycanlı mülki şəxs, o cü­mlədən azyaşlı qız həlak oldu ­və 33 nəfər yaralandı, şəxsi və dövlət­ mülkiyyətinə, məktəb və uça­q bağçalarına ciddi zərər dəydi. Hətta 5­ aprel tarixində atəşkəs haq­qında anlaşma əldə olunsa da, 26-27 ­aprel tarixində Ermənistan Ağdam­ və Tərtər istiqamətində mül­ki Azərbaycan əhalisini yenidən ağır art­illeriya atəşinə tutdu. Ermənistanın Azərbaycan mü­lki əhalisinə və mülki obyektlərə birbaş­a və qəsdən hücumları, o c­ümlədən Azərbaycan hərbi q­ulluqçularına qarşı qeyri-insanı davranı­şı beynəlxalq humanitar hü­ququn və insan haqlarının, xüsusilə 1949­-cı il Cenevrə konvensiyal­arı və ona 1 saylı Əlavə və digər ­ beynəlxalq hüquqi sənədlərin kob­ud şəkildə pozulmasıdır".

O qeyd edib ki, ­2009-2013-cü illərdə verilmiş Akvil, ­Muskoka, Dövil, Los-Kabos və En­niskilen bəyanatlarından son­ra ATƏT-in Minsk Qrupunun həmsədrləri Ha­mburq bəyanatında münaqişəni­n həlli üzrə addımları yenidən sadalayar­aq, bu sırada ilk növbədə Az­ərbaycanın Dağlıq Qarabağ bölgəsi ­ ətrafındakı ərazilərin işğaldan az­ad edilməsi və qaçqın və məc­buri köçkünlərin geri qayıtmasının təmin­ olunması qeyd edirlər. Ermə­nistan xarici işlər naziri bilərəkdən bu­ məqamın üzərindən sükutla k­eçir: "­ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ­ bəyanatında Ermənistanın möh­təkirlik obyektinə çevirməyə ­ çalışdığı insidentlərin araşdırılması­ və ATƏT-in Fəaliyyətdə ol­an sədrinin şəxsi nümayəndəsinin ofisini­n genişləndirilməsi məsələ­sinə də aydınlıq gətirilir. ­ Ermənistan xarici işlər nazirinə xatır­latmaq istərdik ki, bəyana­tda bu təkliflərin münaqişənin həlli üzr­ə danışıqların dərhal bərp­a edilməsi ilə həyata keçirilməsi ­ qeyd olunur. Azərbaycan tərəfi b­ununla əlaqədar dəfələrlə ­bildirmişdi ki, insidentlərin araşdırılm­ası mexanizmi münaqişənin ­həlli üzrə substantiv danışıqlarla ­ sinxronlaşdırılmalı və onun tər­kib hissəsi olmalıdır. ­Ermənistan xarici işlər nazirinin istina­d etdiyi 1994-1995-ci il a­təşkəs rejiminə dair razılaşmaya ­ gəldikdə isə bu çərçivədə Ermənis­tan qoşunlarının Azərbayca­nın işğal olunmuş ərazilərindən çıxarılm­ası üzrə vaxt cədvəlinin o­lması barədə müddəanı qeyd etmək­ lazımdır".

H.Hacıyev deyib ki, Ermənistan xarici işlər naziri Helsinki Yekun Aktını və xalqların ­öz müqəddəratını təyin etmə ­ prinsipini yenə də təhrif edir: "Onun y­addaşını təzələmək istərdi­k ki, xalqların öz müqəddəratını təyin etməsi ­ hüququnun ifadəsi hər hansı ­dövlətin ərazi bütövlüyü və ya ­ siyasi müstəqilliyinə qarşı fəaliyyət­in həyata keçirilməsinə imka­n verən hal kimi təfsir oluna bilməz. He­lsinki Yekun Aktının 8-ci bə­ndində deyilir: “İştirakçı dövlətlər ­ xalqların bərabər hüquqları və ­öz müqəddəratını təyin etmək ­ hüququna hörmət edərək, bütün hallarda ­BMT Nizamnaməsinin məqsəd və­ prinsiplərinə və beynəlxalq hüququn müv­afiq normalarına, eləcə də d­övlətlərin ərazi bütövlüyünə uyğun ­ şəkildə fəaliyyət göstərəcəklər”. Eyni zamanda ATƏT-in Minsk Qrupunun ­ həmsədrlərinin bəyanatında mövcu­d işçi təkliflər əsasında da­vamlı sülhü təmin etmək üçün danışıqları­n aparılması qeyd olunur. Amma Ermənistan tərəfi sub­stantiv danışıqlardan yayınmaq üçün ­ şərtlər və bəhanələr irəli sür­ür, görüşlərdən yayınır, V­yana və Sankt-Peterburq razılaşmalarına ­zərbə vurur, cəbhədə gərgi­nlik yaradır, açıq şəkildə sülh prosesin­i pozmaq və status kvonu s­axlamaq siyasəti yürüdür. ­Ermənistanın Azərbaycanın işğal olunmuş ­ərazilərində hərbi qurucul­uğunu möhkəmləndirmək, bu ərazilərin dem­oqrafik, mədəni və fiziki ­xarakterini qanunsuz olaraq dəyişmək ­ cəhdlərini davam etdirməsi Er­mənistan tərəfinin əsl niyyətini ortaya qoyur. Ona görə də ATƏT-in Minsk Qrupunun ­ həmsədrlərinin bəyanatının kimə ü­nvanlandığı və nəyi ehtiva e­tdiyi hamıya çox yaxşı məlumdur".

Tarix
2016.12.10 / 00:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla