Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 İyun 2018


“Bu münaqişələr regionun inkişafına ciddi maneədir“

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Müdafiə Nazirliyində Gürcüstan müdafiə nazirinin müavini Mixeil Darçiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin qarşılanma mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov M.Darçiaşvilini qəbul edib.

Hər iki dövlətin Müdafiə nazirliklərinin nümayəndələrinin görüşündə ölkələr arasında hərbi və hərbi-təhsil sahələrində əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Sonra Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov cənab M.Darçiaşvilini qəbul edib.

Müdafiə naziri qonağı salamlayaraq iki ölkənin münasibətlərinin strateji xarakter daşıdığını, beynəlxalq təşkilatlarda ortaq mövqedən çıxış etdiklərini, Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdirildiyini vurğulayıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri ölkələrimizin ərazilərindəki mövcud qaynar bölgələrdə dondurulmuş münaqişələrin regionun inkişafına ciddi maneə olduğunu diqqətə çatdırıb. O, eyni zamanda, Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquq norma və qaydalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Gürcüstan müdafiə nazirinin müavini M.Darçiaşvili də öz növbəsində dövlətlərimizin əlaqələrinin möhkəm tarixi bazaya və qarşılıqlı səmimi münasibətlərə əsaslandığını, Gürcüstanla Azərbaycanın vacib tərəfdaş olduğunu qeyd edib, hər iki ölkənin Müdafiə nazirlikləri arasında müxtəlif sahələr üzrə əməkdaşlığın ölkələrin ümumi mənafelərinə xidmət etməsini bildirib.

Sonra Azərbaycan-Gürcüstan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze də iştirak edib.

Tarix
2014.03.28 / 13:24
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Qərbin Türkiyə planı: Ya Ərdoğan getməlidir, ya da...

Paşinyan İrana niyə gedir? – Tehrandan yeni xahiş...

Əbülfəz Elçibəy yaşasaydı... - Bu gün

Sən xərçəngə qalib gəlmək gücündəsən! - Millət vəkili

Gözlər Türkiyədə: Ərdoğanı “dəfn etməyə” tələsməyin – Şərh

Oğlunun xəstəliyi nazirimizin də ömrünü bitirdi - Həyat yolu

Bu aksiyalara çox böyük ehtiyac var - Millət vəkili

Azərbaycan naziri İsraildə qəflətən dünyasını dəyişdi

Buraxılış imtahanlarının nəticələri elan olundu

Ordumuzun diversiya keçirməsi ilə bağlı - Rəsmi açıqlama

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla