Yuxarı

Axar.Az Logo

Nazir: Qətərin Qarabağ mövqeyi yüksək qiymətləndirilir - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərin milli bayramı münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi qəbul təşkil edib.

APA-nın məlumatına görə, qəbulda çıxış edən Qətərin Azərbaycandakı səfiri Yusif Əl Saai bildirib ki, iki dövlət arasında yüksək səviyyədə əməkdaşlıq əlaqələri mövcuddur. Səfirin sözlərinə görə, Qətər əmirinin bu il Azərbaycana səfəri iki ölkə arasında iqtisadiyyat və investisiya sahəsindəki əlaqələrin daha da inkişafına təkan verib: "Ümid edirəm ki, bu əlaqələr gələcəkdə daha da möhkəmlənəcək. Həmçinin ümid edirik ki, Azərbaycan prezidentinin gələn ilin əvvəlində Qətər dövlətinə nəzərdə tutulan səfəri iki ölkə arasında iqtisadiyyat və investisiya sahəsindəki əlaqələri gücləndirərək münasibətlərin inkişafına töhfə verəcək".

Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan tərəfindən həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə Qətər dövlətini milli gün münasibəti ilə Azərbaycan xalqı və prezident İlham Əliyev adından təbrik edib. O bildirib ki, iki ölkə arasında əlaqələr dostluq və əməkdaşlıq sahəsində xoş ənənələrə söykənir: "Əlaqələrin əsası 1994-cü ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulması ilə qoyulub. İki ölkə arasında gerçəkləşən yüksək səviyyəli qarşılıqlı səfərlər bu əlaqələrin inkişafına xidmət edir. 2004-cü ildə Azərbaycan prezidentinin Qətər dövlətinə ilk rəsmi səfəri iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafına təkan verib. Bu il Qətər əmirinin Azərbaycana səfəri və imzalanan razılaşmalar əlaqələrin sürətli inkişafı üçün zəmin yaradıb. Hər iki ölkə həmçinin beynəlxalq təşkilatlarda bir-birinə dəstək göstərir. Biz Qətərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndiririk. Əlaqələrin inkişafı üçün daha da böyük imkan var. Gələn il keçiriləcək Birgə İqtisadi Komissiyasının iclası əlaqələrin daha inkişafına xidmət edəcək".

Tarix
2016.12.13 / 20:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Darsaliya: Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi...

Erməni deputatlar sülh mətni ilə tanış oldu: “Təhlükə” varmış...

BMT Bakı - İrəvan bəyanatını alqışladı

Şahin Mustafayev Overçukla görüşdü

Bakı və İrəvanın birgə çağırışı: Növbə Parisindir

Abbas İsmayılov nazir əvəzi təyin edildi

MM sədri Avropa Şurasının Baş katibi ilə görüşdü

Ceyhun Bayramov estoniyalı həmkarı ilə danışdı

Britaniya Bakı və İrəvanın bu addımını dəstəkləyir

Bakı ilə İrəvanın yaydığı birgə bəyanat... - Afina

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla