Yuxarı

Murad Dadaşov dükanındakı oğurluqdan danışdı – Məzə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Murad Dadaşov dükanındakı oğurluqdan danışdı – Məzə

"Tort aparmağa gəliblər, telefon aparıblar".

Bu sözləri "Axar.az"a "Cote d`Azur" adlı şirniyyat mağazası qarət olunan tanınmış şoumen, "Bakılı oğlanlar"ın keçmiş üzvü Murad Dadaşov dedi.

Mağazasının qarət edilməsini gülüşlə qarşılayan şoumen oğurluq barədə də yarızarafatla danışdı:

"Mağazada ancaq tortların maketləri olur. Yəqin oğurluq etmək istəyən də tort aparmaq üçün şüşələri sındırıb. Ancaq vitrindəki tortların maket olduğunu görüb, əliboş çıxmasın deyə, telefonu da özü ilə aparıb. Bilsəydim, heç olmasa bir tort saxlayardım vitrində".

M.Dadaşov deyir ki, mağazaya elə də ciddi zərər dəyməyib: "Təkcə şüşələr sınmışdı. Onu da gələn kimi düzəltdirdim".

Xatırladaq ki, şoumen Murad Dadaşovun obyekti ötən gecə qarət olunub. Onun Səbail rayonu, İstiqlaliyyət küçəsindəki şirniyyat məmulatlarının satışı və sifarişini həyata keçirən "Côte d`Azur" mağazası qarət olunub. Mağazanın şüşələri naməlum şəxslər tərəfindən sındırılıb.

Tarix
2014.03.29 / 12:13
Müəllif
İsmi Şahzadə
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla