Yuxarı

Neftçilərin axtarışları sabah davam etdiriləcək - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neftçilərin axtarışları sabah davam etdiriləcək - Video

Sabah ölkə ərazisində, xüsusilə Bakı və Abşeron yarımadasında hava şəraiti kəskin dəyişsə də, Xəzər dənizində baş vermiş faciədə itkin düşmüş neftçilərin axtarışları davam etdiriləcək.

Yaradılmış qərargahdan aldığımız məlumata görə, gəmilərlə axtarışın əhatə dairəsi daha da genişləndiriləcək.

Xəzər xəbər.az məlumat verir ki, axtarışlar bu gün də tam gücü ilə davam etdirilib. Axtarışlara 3 helikopter və 6 gəmi cəlb olunub. Helikopterlədən biri Fövqəladə Hallar Nazirliyinə, ikisi isə Dövlət Sərhəd Xidmətinə məxsusdur. Hələ ki, itkin düşmüş 9 neftçidən bir xəbər yoxdur. Axtarış işləri zamanı həmin ərazidə suyun dibində aşkar edilmiş budkanın yaşayış budkası olmadığı müəyyən edilib. Məlum olub ki, tapılıb sudan çıxarılan və gəmiyə qaldırılan budka soyunub-geyinmə budkasıdır.

Bu arada Fövqəladə Hallar, Müdafiə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tərəfindən birgə məlumat yayılıb. Məlumatda qeyd edilir ki, sadalanan qurumların rəhbər şəxslərinin iştirakı ilə toplantı keçirilib. Orda qərara alınıb ki, Dövlət Dəniz Administrasiyasının gəmilərin hərəkətinin idarəolunması milli mərkəzində qərargah yaradılsın.

Qərargah tərəfindən hadisənin baş verdiyi rayonda hava şəraiti, küləyin, sualtı və suüstü axıntılarının istiqaməti və sürəti təhlil olunaraq, qərargahda təmsil olunan qurumların sahilboyu, dənizdən və havadan səfərbər olunan qüvvələrlə müəyyən edilmiş koordinatlarda əməliyyatların davam etdirilməsi təmin olunub.

Eyni zamanda xarici bayraq altında üzən gəmilər də daxil olmaqla ərazidə olan bütün gəmilərlə və Xəzəryanı dövlətlərin eyniadlı milli mərkəzləri ilə davamlı olaraq məlumat mübadiləsi aparılmaqdadır.

Tarix
2016.12.17 / 23:17
Müəllif
Axar.az
Digər xəbərlər

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

Azərbaycan və Türkiyə hərbçiləri arasında müzakirə...

İlham Əliyev Kaya Kallası qəbul etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Prezident bu sazişi təsdiqlədi

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla