Yuxarı

Gülənçilərlə müharibə Ərdoğanın səslərini artırdı – Müqayisə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçirilən bələdiyyə seçkilərində hakim AKP 2009-cu ilə nisbətən səslərini daha da artırıb.

"Axar.az" xəbər verir ki, əgər 2009-cu ildə R.T.Ərdoğanın partiyası 38,8 faiz səs toplamışdısa, bu seçkilərdə 45,56 faizdən daha çox səs qazanıb. Başqa sözlə desək, 2009-cu ildə 15 milyon 459 min səs alan AKP hazırda 20 milyon 091 min səs alıb.

AKP-dən sonra ikinci yeri tutan ana müxalifət partiyası da mövqeyini gücləndirib. Əgər 2009-cu ildə CHP 23,1 faiz (9 milyon 219 min səs) almışdısa, hazırda bu rəqəm 27,91 faiz (12 milyon 207 min səs) qazanıb.

MHP isə 15,16 faizlə 2009-cu ildə topladığı 16 faizlik mövqeyini qoruya bilməyib.

Hələ seçicilərin səslərinin tam deyil, 97,67 faizi sayılıb və rəqəmlər qəti deyil. Ancaq cəmi 2 faiz sayılmayan səslərin nəticələri ciddi şəkildə dəyişməyəcəyi də bəllidir.

Xatırladaq ki, Fətullah Gülənlə aralarında yaşanan mübarizədən və 17 dekabr rüşvət əməliyyatından sonra Ərdoğanın bu seçkilərdə ciddi uğur qazanmayacağı barədə proqnozlar verilirdi.

Tarix
2014.03.31 / 10:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla