Yuxarı

Tatar şairi: “Krım yenidən Ukraynanın olacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Krım Rusiyanın tərkibinə qatıldıqdan sonra minlərlə Krım türkü yarımadanı tərk edib".

Bu sözləri "Axar.az"la əlaqə saxlayan Ukrayna Yazıçılar İttifaqının Krım şöbəsinin üzvü, tatar şair Seyran Süleymanov deyib.

Ukraynanın yeni hakimiyyəti bizi yalnız buraxdı

Seyran Süleymanov tatarların Krımı tərk etməsinin tərəfdarı olmadığını bildirib:

"Kırımı Rusiyaya qeyri-qanuni olaraq bağladılar. Kırım türkləri buna görə keçirilən referendumu boykot etdi. Əfsuslar olsun ki, Ukraynanın yeni hakimiyyəti bizi yalnız buraxdı, bizə dəstək olmadı. Yerli rusların, silahlı əsgərləin təzyiqi ilə Krım parlamenti qərarı təsdiq etdi. Parlamenti də Rusiya təyin elədi. Artıq burada bütün qanunlar Rusiyanın qanunlarıdır. Pasportlar, pul vahidi, bayraq, dövlət dili... Bu vəziyyətdə minlərlə Krım türkü "gələcəyimiz heyif oldu", - deyə Kırımı tərk etdi. Fikrimcə isə, xalqımız Krımı tərk etməməli, barışıq əldə edib hüquqlarını təmin etməlidirlər".

Seyran bəy Rusiyanın Krım türklərinə verdiyi bağlı bunlarlı deyib:

"İndi Rusiya tərəfindən Krım türklərinə çoxlu vədlər verilir. Onlar bizim siyasətçiləri əməkdaşlığa dəvət edirlər. Amma tarixdən məlumdur ki, Rusiya həmişə vəd verib. Amma sonradan sözünü tutmayıb. Bu dəfə necə olacağını zaman göstərər".

Şair Krım yazarlarının bu qeyri-qanuni bağlantıya reaksiyasıyla bağlı dadanışıb:

"Biz Krım yazarları olaraq bu işğalla bağlı heç bir bəyanat vermədik. Son 23 il ərzində onsuz da Krım tatarlarının hüquqları Ukrayna hakimiyyəti tərəfindən də tanınmamışdı. Yanukoviç ölkəni tərk etdikdən sonra düşünmüşdük ki, yeni hakimiyyət bunu edər. Onlara olan ümidimiz də doğrulmadı. Amma artıq Rusiyanın tərkibində olan məmləkətimizin və xalqımızın hüquqlarını Rusiya hakimiyyətindən tələb edəcəyik".

Rusiyanın onların hüququnu tanıyıb-tanımayacağı sualına Seyran bəy belə cavab verib:

"Buna inam çox azdır. Bizdən soruşmadan, bizim fikrimizi bilmədən Krımı Rusiyanın tərkibinə qatdılar. Məcburuq ki, Rusiya ilə dialoqa girək. Əks halda bizə burda yaşamağa fürsət belə verməzlər. Ümüd edirik ki, Ukrayna və bütün dünyanın yardımı ilə Krım yenidən Ukraynanın tərkibində olacaq".

Tarix
2014.03.31 / 21:50
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla