Yuxarı

Qubernator: "İlham Əliyevə minnətdaram"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qubernator: "İlham Əliyevə minnətdaram"

Mən şəxsən Azərbaycan Prezidenti İlham Əliyevə və onun bütün komandasına minnətdaram ki, bizim regiona xüsusi diqqət yetirilir. Bizdə çoxlu birgə humanitar layihə həyata keçirilib. Növbəti addım iqtisadi layihə - Azərbaycan Biznes Mərkəzidir. Bu mərkəz Rusiya və Azərbaycan biznesinin daha səmərəli qarşılıqlı fəaliyyət göstərməsinə imkan verəcək.

Bunu Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Moskva-Həştərxan videokörpüsü çərçivəsində mətbuat konfransında bildirib.

Aleksandr Jilkin AzərTac-ın Rusiya Federasiyasındakı xüsusi müxbiri Fəridə Abdullayevanın “Həştərxan qubernatoru Azərbaycan və Həştərxan vilayəti arasında ikitərəfli münasibətlərin gələcək inkişafını necə görür?” sualına cavabında deyib: “Yalnız bu münasibətlərin səviyyəsini yüksəltmək istiqaməti götürmüşük”. Qubernatorun fikrincə, vilayətin nümayəndə heyətinin bu yaxınlarda Bakıya səfəri zamanı hər iki tərəf buna maraq göstərib. A.Jilkin deyib: “Ümidvaram ki, möhtərəm Azərbaycan Prezidenti və Azərbaycan Hökumətinin rəhbərliyi Həştərxan vilayətinə səfər edəcək. Biz buna çox şad olarıq”.

Xatırladaq ki, dekabrın 16-da Həştərxanda Azərbaycan Biznes Mərkəzinin tikiləcəyi ərazində xatirə kapsulunun qoyulması mərasimi keçirilib. Mərkəzin açılışı gələn il üçün nəzərdə tutulub.

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin mətbuat konfransında “ARB ARAN” Media Şirkəti də iştirak edib. Azərbaycan jurnalistlərini Həştərxan vilayətində multikultural dəyərlərin və tolerantlığın qorunub-saxlanılması istiqamətində görülən tədbirlər maraqlandırıb. Aleksandr Jilkin qeyd edib ki, çoxmillətli Həştərxan regionunda multikultural inkişafa, ahəngdar əməkdaşlığa, bir-birinin mədəniyyətinə ehtiramla yanaşılmasına, qarşılıqlı dəstəyə və konfessiyalararası həmrəyliyə həmişə böyük diqqət yetirilib. Bu məqsədlə vilayətdə xüsusən Etnokonfessional Şura çərçivəsində ardıcıl iş aparılır. Buna görə də mütəxəssislər Həştərxan vilayətini sakit, bu istiqamətdə sabit inkişaf edən region kimi xarakterizə edirlər. Qubernator deyib: “Təsadüfi deyildir ki, bu il RF Prezidenti yanında Millətlərarası Münasibətlər üzrə Şuranın iclası Həştərxanda keçirilmişdi”.

Tarix
2016.12.21 / 19:33
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla