Yuxarı

Azərbaycanda ilk “elektron məhkəmə” - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda ilk "elektron məhkəmə" Yasamal rayon Məhkəməsində gerçəkləşəcək".

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Azadlıq Radiosuna belə deyib.

Onun sözlərinə görə, bu təcrübə qarşıdakı iki il ərzində ölkənin bütün iri şəhərlərində və yeni inşa olunan məhkəmə binalarında yayılacaq:

"Prezident İlham Əliyev Nazirlər Kabinetinə üç ay vaxt verib ki, təkliflər hazırlasın. Növbəti illərdən bir çox "elektron məhkəmə" fəaliyyətinin şahidi olacağıq. Yeni sistem bürokratik əngəllərin aradan qaldırılması, dəftərxana işlərinin elektron varianta keçirilməsi, insanların məhkəmələrə onlayn qatılması və izləməsi baxımından daha əlverişlidir".

"Elektron məhkəmə" informasiya sisteminin yaradılması ilə bağlı prezident İlham Əliyev bu il fevralın 13-də sərəncam verib.

Yeni əfv fərmaninda NİDA-çıların da adı var?

Çingiz Qənizadə bildirib ki, hüquq-müdafiə təşkilatlarının monitorinq qrupu ictimai-siyasi proseslərdə həbs olunanlarla bağlı prezident İlham Əliyevə müraciət edib:

"Mart ayında əfv ərizəsi gözlənilirdi. Amma əfv fərmanı istənilən vaxt imzalana bilər. "NİDA" Hərəkatı üzvlərinin, eləcə də ictimai-siyasi proseslərdə hansısa qanun pozuntularına yol verən şəxslərin əfv olunması üçün prezidentə müraciət etmişik. Qarşıdakı bir neçə ayda yeni əfv fərmanı ola bilər".

"Ayrılan pulları təyinatı üzrə xərcləməyən QHT-lər cinayət işləyir"

Çingiz Qənizadə Azərbaycanda siyasi məhbus məsələsinə də toxunub. O, prezident İlham Əliyevin həmin məhbus statusuyla bağlı fikirlərini bölüşür:

"Avropa Şurası siyasi məhbus kriteriyalarını tam müəyyənləşdirməyib. Kimsə bir qəzet, ya da internet portalı yaradıb kimisə şantaj edib, hədə-qorxu gəlirsə və ya insanların hüquqlarını pozursa, bu, cinayətdir. Kimsə QHT yaradıb, ayrılan pulları təyinatı üzrə xərcləmirsə, bu da cinayətdir. Maliyyə pozuntuları varsa, bu da məhkəmədə araşdırılmalıdır".

Prezident İlham Əliyev bu ilin yanvarında Brüsseldə səfəri zamanı bildirib ki, siyasi məhbus termininin müəyyənləşdirilmiş mənası yoxdur.

Tarix
2014.04.04 / 09:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

NATO nümayəndəsi erməni diplomatla nələri müzakirə etdi?

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla