Yuxarı

30 il sonra nəşi tapılan şəhidimiz dəfn edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl Dövlət Komissiyası tərəfindən nəşi tapılan şəhidlərdən biri də Qəbələnin Qəmərvan kənd sakini Asim Nadir oğlu Səfərovdur.

Axar.az xəbər verir ki, bu gün saat 16:00 radələrində şəhidin nəşi 30 ildən sonra doğulduğu kəndə, ata yurduna gətirilib.

Şəhidlə ata yurdunda vida mərasimi keçirildikdən sonra nəşi kənd qəbiristanlığına gətirilib. Burada şəhid üçün cənazə namazı qılınıb və dəfn edilib. Dəfn mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də Qəbələ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin böyük qardaşı Aqil Səfərov bildirib ki, ailədə beş qardaş, iki bacı olublar. Asim 18 yaşı tamam olan kimi hərbi xidmətə yola salınıb. O, cəmi dörd ay xidmət edəndən sonra Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində itkin düşüb. 30 il müddətində ailə üzvləri qardaşlarını axtarmaq, onun izinə düşmək üçün bildikləri bütün vasitələrdən istifadə etməyə çalışıblar.

Aqil Səfərov bütün ailə üzvləri adından Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə minnətdarlıq edib.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Asim Səfərov Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbər” qəbiristanlığında naməlum şəhid kimi basdırılmışdı.

Tarix
2024.05.07 / 20:37
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev və Paşinyan Dubayda görüşə bilər

Qırğızıstan prezidenti Azərbaycana yola düşdü

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

İlham Əliyev özbək həmkarı ilə görüşdən paylaşım etdi - Video

Rusiyada yaralı azərbaycanlı xəstəxanadan oğurlandı

AZAL təyyarəsinin vurulması ilə bağlı yeni təfərrüat

Hədəfdə Araz Ağalarovdur – Proses başladı

Göygöldə təcili yardım avtomobilinin şüşələri sındırıldı

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla