Yuxarı

Türk mediası: “Ərdoğan Əliyevə gizli siyahı verdi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk mediası: “Ərdoğan Əliyevə gizli siyahı verdi”

Ərdoğan Bakıya səfəri zamanı iki ölkə arasında əlaqələrə təhlükə yaradacaq şəxslərin gizli dosyesini Azərbaycan prezidentinə təqdim edib.

"Axar.az" xəbər verir ki, bu məlumatı hökumətə yaxınlığı ilə seçilən Türkiyənin "Takvim" qəzeti yayıb.

Qəzet Ərdoğan və İlham Əliyevin nurçularla əlaqədar etdiyi açıqlamaları buna əsas sübut kimi gətirib. Baş nazirin təqdim etdiyi dosyedə iki ölkə arasında məlum layihələrə mane olacaq şəxslərin adları əks olunub və onlara qarşı addımların atılması nəzərdə tutulur.

Qəzet Türkiyə və Azərbaycanın dövlət içində dövlət yaratmaq istəyənlərə qarşı birgə mübarizəsi ilə əlaqədar razılığa gəldiyini də yazıb.

Xatırladaq ki, Ərdoğanın müalicəsini yarımçıq qoyaraq, bələdiyyə seçkilərindən dərhal sonra Azərbaycana səfər etməsi səbəbini politoloqlar Türkiyə və Azərbaycanın strateji planlarının təxirəsalınmaz müzakirəsi ilə əlaqələndirmişdilər. Ərdoğanın məşhur "Balkon çıxışı" isə belə qənaətə gəlməyə əsas verirdi ki, Türkiyə Baş nazirinin Bakı səfərində nurçu şəbəkəsi ilə bağlı məsələ də ciddi müzakirə olunacaq və MİT və MTN-nin məlumatlarının mübadiləsi aparılacaq.

Hər iki ölkə mediasının mənbələri isə belə bir siyahının iki ölkə rəhbəri arasında müzakirə edildiyini təsdiqlədi.

Tarix
2014.04.05 / 10:08
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla