Yuxarı

Araz Əzimov həmsədri səviyyəsiz saydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ceyms Uorlik hələ o səviyyədə deyil ki, onun hansısa düzgün olmayan şərhini mən şərh edim. Məncə Uorlik Minsk Qrupunun sənədlərini daha yaxşı oxumalı, bilməli, öyrənməli və daha sonra əsaslı mübahisəyə girməlidir".

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

ATƏT-in Minsk Qrupunun Amerikadan olan həmsədri Ceyms Uorlikin münaqişənin Dağlıq Qarabağ və Azərbaycan arasında olmasına dair sözlərinə münasibət bildirən A. Əzimovun fikrincə, Ceyms Uorlik Ermənistana təsəlli vermək üçün bu bəyanatı səsləndirib: "Çünki Ermənistanın siyasi mövqeyində əsas element odur ki, Dağlıq Qarabağın separatçı rejimini hansısa "dövlət vahidi" kimi təqdim etsin. Onlar belə fikirləşirlər ki, münaqişənin tərəfi olaraq qəbul edilsələr, sonrakı mərhələdə münaqişənin həlli ilə bağlı sazişin imzalanmasına da dəvət olunacaqlar və guya hansısa beynəlxalq hüquq çərçivəsində subyekt kimi qəbul olunacaqlar. Bu, heç düzgün deyil. Aydındır ki, münaqişə Azərbaycanla Ermənistan arasında gedir. Həm də aydındır ki, 30 minlik kiçik bir etnik qrupunun hansısa bir məntəqədə yaşaması onun bu əraziyə iddiasına heç bir hüquqi əsas yaratmır. Azərbaycan Dağlıq Qarabağda yaşayan dinc erməni əhalisini öz vətəndaşlığında saxlamaq niyyətini həmişə bildirib və təsdiqləyib. Əlbəttə ki, onların gələcəyi və hansısa məsələlərin müzakirəsi üçün Azərbaycan tərəfi mərkəzi hökumət olaraq həmişə hazır olacaq".

A. Əzimov bildirib ki, münaqişənin həllində mərhələlər var: "Hazırkı mərhələ işğal mərhələsidir və işğalı aradan götürmək üçün Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazilərini tərk etməlidir. Bu məqsədlə Azərbaycan Ermənistan tərəfi ilə müzakirələr aparmaqdadır. Ermənistanın Qarabağdakı ermənilərin təhlükəsizliyi məsələsindən ərazi iddialarını örtmək üçün istifadə etmək cəhdləri isə məncə ciddi qurulmayıb və çox yaxşı görünən bir faktdır. Ermənistanın bu iddialarına və ona təsəlli verməyə çalışan Ceyms Uorlikin sözlərinə ciddi baxmayın. Ceyms Uorlik Minsk Qrupunun həmsədridirsə, Minsk qrupunun mandatını və konfransının quruluşunu yaxşı bilməlidir. Konfransın quruluşuna görə, Dağlıq Qarabağ əhalisinin nümayəndələri maraqlı tərəf kimi prosesdə iştirak etməlidir. Bu, həm azərbaycanlılara, həm ermənilərə aiddir. Azərbaycan bu formatdan heç vaxt boyun qaçırmayıb. Minsk Qrupunun formatı var, növbəti mərhələdə işğal bitəndən sonra həmin bu tərkib yığışacaq və həm azərbaycanlıların, həm ermənilərin iştirakı ilə müzakirələr aparılacaq".

Tarix
2014.04.10 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla