Yuxarı

"İsgəndər"lər 2014-dən İrəvanda idi - Rus ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"İsgəndər"lər 2014-dən İrəvanda idi - Rus ekspert

Rusiya Azərbaycana yeni hərbi texnika satsa belə, bölgədəki situasiya gərginləşməyəcək. Ona görə ki, Moskva regiondakı situasiyaya nəzarət edir.

Axar.az xəbər verir ki, bunu “Tert.am” saytına açıqlamasında rusiyalı politoloq Aleksandr Karavayev söyləyib. O, həmçinin “İsgəndər” raketləri ilə bağlı da maraqlı açıqlama verib:

“İsgəndər”lər 2014-cü ildən Ermənistanda idilər. Amma onların statusu dəqiqləşdirilməmişdi. Bir müddət öncə sadəcə olaraq status müəyyənləşdirildi və həmin raketlər Ermənistanın idarəçiliyinə verildi”.

Qeyd edək ki, Moskva bir neçə ay öncə Ermənistana “İsgəndər” raketlərini satıb. Satışın həyata keçirildiyi ilk gündən indiyə qədər niyə bu raketlərin İrəvana verilməsinə aydınlıq gətirilmir. Rusiya ilk vaxtlar müəyyən ekspertlərinin vasitəsilə bu raketlərin guya İsgəndər-E olduğunu desə də, sonradan bunun İsgəndər-M olduğu müəyyənləşdirildi. Moskvanın eksport versiyası olmayan İsgəndər-M-ləri İrəvana verməsi bölgədəki qüvvələr balansını açıq-aşkar pozmağa cəhddir.

Azərbaycan isə artıq bununla bağlı fəaliyyətini artırıb. Bakı öz təhlükəsizliyinin təmini və “İsgəndər” raketlərindən qorunmaq üçün İsraillə danışıqlara başlayıb. Yaxın zamanlarda Azərbaycana İsrailin “Dəmir qübbə” raketdən müdafiə sistemlərinin göndəriləcəyi ehtimal edilir.

Tarix
2017.01.31 / 13:03
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla