Yuxarı

Qənirə Paşayevanın adından inanılmaz saxtakarlıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayevanın adından Tvitter üzərindən saxta bəyanat yayılıb.

Axar.az xəbər verir ki, Türkiyədə keçiriləcək referendumla bağlı Q.Paşayeva adından edilən saxtakarlığa millət vəkili sərt etiraz edib. Qənirə Paşayeva yaydığı müraciətdə bildirib:

"Əziz dostlar, "DW Azərbaycan" (dwazeri) adlı Tvitter səhifəsi mənim adımdan saxta bəyanat verərək, "Qənirə Paşayeva türk xalqı, millətin gələcəyi üçün yox deməli", - yazmışdı. Təəssüf ki, bu saxtakarlar tək deyil. Bəzi fərqli adamlar da mənim adımdan belə saxta məlumatlar yayır.

Qardaş Türkiyədən bəzi dostlar da əlaqə saxladı. Onlara da dedim. Adımdan belə saxtakarlıqlar edənlərin hamısını pisləyirəm. Mənim belə bir bəyanatım olmayıb və bütün dostları bu saxtakarlara etirazlarını bildirməyə çağırıram. Mən qardaş Türkiyə dövlətinin daxili siyasəti ilə bağlı heç bir zaman açıqlama vermədim və bundan sonra da verməyəcəyəm.

Mən Azərbaycan-Türkiyə qardaşlığının və Türk dünyasının daha da möhkəmlənməsi üçün hər zaman çalışmışam və bundan sonra da çalışacağam. Amma hər bir türk dövlətinin daxili siyasəti ilə bağlı qərarı o ölkənin vətəndaşları verir və biz də hər zaman buna hörmət etməliyik".

Tarix
2017.02.15 / 18:33
Müəllif
Pərviz Həsənov
Oxunub
5 671
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla