Yuxarı

Medvedyev Azərbaycana gəlir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Medvedyev Azərbaycana gəlir

Rusiyanın daxili işlər naziri artıq Azərbaycandadır; Qubada Rusiya, Türkiyə, İran, Dağıstan rəhbərlərinin qeyri-formal görüşü olacaq.

Rusiyanın baş naziri Dmitri Medvedyev yaxın günlərdə Qubaya gələcək. Bu dövlətin daxili işlər naziri Vladimir Kolokotsev isə artıq Quba rayonunda səfərdədir.

Rusiya Federasiyasının daxili işlər naziri Qubada 5 ulduzlu "Rixos Quba Azerbaijan" otelinədir. Naziri Quba səfəri ilə bağlı rayonda fövqəladə vəziyyət hökm sürür. Bilgi verən mənbə qeyd edir ki, Rusiya daxili işlər nazirinin Qubaya gəlişi ilə əlaqədar Azərbaycanın da bir neçə vəzifəli şəxsi "Rixos Quba Azerbaijan" otelinədir. Belə ki verilən bilgiyə görə, nəqliyyat naziri Ziya Məmmədov, eləcə də Azərbaycan daxili işlər nazirliyinin məsul çəxsləri Quba rayonundadır.

Məlumata görə, Rusiya daxili işlər nazirinin gəlişinin əsas məqsədi yaxlın günlərdə Rusiyanın baş naziri Dmitri Medvedyev və Dağıstan prezidenti Ramazan Abdulatipov "Rixos Quba Azerbaijan" otelində bir sıra görüşlər keçirəcəklər. Bundan əlavə, Qubaya gələn baş nazirə Qubanın Qımılqazma kəndində 5 hektar sahəsi olan bir villa da bağışlanacaq. Mənbə bildirir ki, artıq villa tam yaşayış üçün hazırdır.

Bildirilir ki, Rusiyanın baş naziri Dmitri Medvedyev Qubaya səfərinə həyat yoldaşı Svetlana Medvedyeva ilə gələcək. Qonaqların Qubada 3 gün qalacaqları bildirlir.

Yaxın günlərdə Rusiyanın baş naziri Dmitri Medvedev və Dağıstan prezidenti Ramazan Abdulatipov Qubaya gəlir. Baş nazir və prezident Qubada "Rixos Quba Azerbaijan" otelinə gedəcəklər.

"Yeni Müsavat"ım rayondakı mənbələrədən əldə etdiyi məlumata görə görüşlərə İran və Türkiyə təmsilçiləri də qatılacaqlar. Görüşlərin məqsədi hələlik açıqlanmır (Musavat).

Tarix
2014.04.17 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya

Pezeşkianın təşəkkür elədiyi ölkəyə SEPAH raket atdı

Bakı Təşəbbüs Qrupu: BMT bu qətnaməsini tam dəstəkləyirik

Azərbaycandan İranın Türkiyəyə raket hücumuna reaksiya

Hindistan Azərbaycana təşəkkür etdi

Türkiyədən alırdı, indi özü ərəb ölkələrinə satır...

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla