Yuxarı

Rauf Mirqədirov Türkiyədən çıxarıldı - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rauf Mirqədirov Türkiyədən çıxarıldı - Yeniləndi

11:13

"Ayna-Zerkalo" qəzetinin Türkiyə təmsilçisi, siyasi şərhçi Rauf Mirqədirov Türkiyədən deportasiya edilib.

Bu barədə məlumatı Türkiyədə yaşayan jurnalist Şeyda Nəsibli verib. Onun dediyinə görə, bir müddət əvvəl tanınmış jurnalistin Türkiyədə mətbuat təmsilçiliyi ləğv edilib. Ötən gecə isə Rauf Mirqədirov ailəsi ilə birlikdə avtobusla Türkiyəni tərk etmək istəyib. Lakin yola düşəndən 15 dəqiqə sonra avtobus saxladılıb, jurnalistə və ailə üzvlərinə qarşı kobudluq edilib. Heç bir səbəb göstərilmədən Rauf Mirqədirov avtobusdan endirilib.

Jurnalistin deportasiya proseduru üçün Əmniyyət İdarəsinin xarici vətəndaşlar şöbəsinə aparıldığı bildirilir. Hazırda deportasiya üçün sənədlər hazırlanır və jurnalist Azərbaycana göndəriləcək. Ailəsi ilə görüşə isə icazə verilmir. /Musavat.com/

14:13

Türkiyədən deportasiya edilən azərbaycanlı jurnalist və siyasi şərhçi Rauf Mirqədirov bu dəqiqələrdə polisin müşayiəti ilə Ankara hava limanına gətirilib və Bakıya uçan təyyarəyə mindirilib.

Məlumata görə, jurnalist həyat yoldaşına saxlanılması ilə bağlı məlumat verə bilib. Rauf Mirqədirovun sözlərinə görə, polisdən ona bildirilib ki, hər hansı cinayət və ya digər qeyri-qanuni əməllə bağlı onlarda məlumat yoxdur. Sadəcə olaraq, Türkiyə hakimiyyətinin yüksək dairələrindən jurnalistin deportasiyası barədə göstəriş gəlib. Rauf Mirqədirova 12 ay müddətinə Türkiyəyə giriş yasağı qoyulub.

Ankaradan Bakıya gələn təyyarə saat 16.30-da Heydər Əliyev Beynəlxalq Hava Limanında olmalıdır.

Tarix
2014.04.19 / 14:13
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

TRİPP üzrə yekun saziş bu tarixdə imzalanacaq

Əsədov Mişustinlə telefon danışığı apardı

Azərbaycanlı prezidentlər bir-birini təbrik etdi

İspaniya Kralı İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla