Yuxarı

Moskva İrəvana o vaxt “dur” əmri verəcək ki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskva İrəvana o vaxt “dur” əmri verəcək ki...

Rusiya cəbhədə hökm sürən hazırkı vəziyyətlə bağlı Ermənistana heç bir təzyiq göstərməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, ATƏT Minsk Qrupunun ümumi bəyanatından sonra həmsədr dövlətlər, özəlliklə də Rusiya hər hansı ciddi bəyanatla çıxış etməyəcək:

“Dağlıq Qarabağ məsələsi elə bir münaqişəyə çevrilib ki, artıq dünya ictimaiyyəti hərəkətə keçməlidir. Rusiyanın birmənalı siyasi mövqeyi erməniləri daim dəstəkləməkdən ibarətdir. Məlum məsələdir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısı Azərbaycanda keçirilirsə və Bakı 21-ci əsrin müqaviləsinə ev sahibliyi edirdisə, bu, heç də bütün dövlətləri razı sala bilməz. Moskvanın belə bir zamanda səssiz qalması o anlama gəlir ki, Rusiya cəbhədə hökm sürən hazırkı vəziyyətlə bağlı Ermənistana heç bir təzyiq göstərməyəcək. Azərbaycan bütün cəbhə boyu üstünlüyü ələ keçirdiyi halda Moskva İrəvana təzyiq göstərəcək və “dur” əmri verəcək. Eynilə, ötən ilin aprelində olduğu kimi”.

Politoloqun qənaətinə görə, hazırda cəbhədə hökm sürən gərginlik aprelin 2-nə, yəni Ermənistanda keçiriləcək parlament seçkilərinə qədər davam edəcək:

“Ohanyan, Sərkisyan və digər partiya bloklarının öz seçki platformalarında sülh çağırışları sadəcə siyasi gedişlərdir. Onlar öz vətəndaşlarını sakitləşdirməyə çalışırlar və separatçılara verdikləri sözün arxasında dura bilmədiklərinə görə bu cür addımlar atırlar”.

Tarix
2017.03.01 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla