Yuxarı

Cəbrayılda 200 kvadratmetr ərazi yoxlanıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəbrayılda 200 kvadratmetr ərazi yoxlanıldı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 5-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində iki evə baxış keçiriblər. Baxış zamanı 105 qəlpə aşkar edilib. Mina və partlamamış hərbi sursat aşkar olunmayıb. Gün ərzində 200 kvadratmetr ərazi yoxlanılıb.

Agentlikdən Axar.az-a bildiriblər ki, otuz gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 122 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib. On partlamamış hərbi sursat (82 millimetrlik 3 “OF-832”, 120 millimetrlik 2 minaatan mərmisi “OF-843”, 2 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket - 1 “PQ-7VL” və 1 “PQ-7VM”, 1 “PQ-7” raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd “F-1” əl qumbarası, 100 millimetrlik 1 top mərmisi “OF-412”), 3 piyada əleyhinə “OZM-72” və 28 tank əleyhinə minalar (dörd tank əleyhinə “TM-57” minası və 24 “TM-57” tank əleyhinə minanın partladıcısı “MVZ-57”) aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 841 min 422 kvadratmetr ərazi -392 min 480 kvadratmetr əl ilə, 207 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 128 min 942 kvadratmetr minaaxtaran itlərlə yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

ANAMA tərəfindən yanvarın 1-dən martın 5-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 4 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 126 evə və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. Ümumilikdə 1972 partlamamış hərbi sursat, tank əleyhinə 66 və piyada əleyhinə 5 mina aşkarlanaraq zərərsizləşdirilib. Yoxlanılan ərazi 428 min 574 kvadratmetr əl ilə, 207 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 128 min 942 kvadratmetr minaaxtaran itlərlə olmaqla, cəmi 877 min 516 kvadratmetr təşkil edib.

Tarix
2017.03.05 / 17:39
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Paşinyanın 2 ayda 4-cü görüşü... - Ekspert

Şad xəbər: faizsiz kreditlər veriləcək - Yeni sistem

İlham Əliyevdən Sülh Sammiti ilə bağlı paylaşım - Foto

Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak etdi - Video

Pakistan prezidenti Sahibə Qafarovanı qəbul etdi

Azərbaycan və Rusiya regionun aparıcı ölkələridir - İran

Trampın İlham Əliyev barədə diqqətçəkən sözləri - Video

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Yaxın Şərqdə sülh! Tarix yazılır! - Hacıyev

Fələstinli satqınları dəhşətli ölüm gözləyir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla