Yuxarı

ANAMA Ağcabədidə “F-1” aşkarladı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANAMA Ağcabədidə “F-1” aşkarladı - Foto

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 6-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində idarəetmə mərkəzinin məlumatına əsasən, Ağcabədi rayonunun İmamqulubəyli kəndində bir otlaq sahəsinə baxış keçiriblər. Axtarış zamanı aşkarlanan bir ədəd “F-1” əl qumbarası zərərsizləşdirilməsi üçün götürülüb. ANAMA tərəfindən iki min kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan Axar.az-a bildiriblər ki, yanvarın 1-dən martın 6-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 5 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 126 evə və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. Ümumilikdə 1973 partlamamış hərbi sursat, tank əleyhinə 66 və piyada əleyhinə 5 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 879 min 516 kvadratmetr ərazi (430 min 574 kvadratmetr əl ilə, 207 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 128 min 942 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

Tarix
2017.03.06 / 18:59
Müəllif
Axar.az
Digər xəbərlər

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla