Yuxarı

Azərbaycanda analoqu olmayan xalça hazırlanıb - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda, dünyada tayı-bərabəri olmayan xalça hazırlanıb.

"Kəhkəşan" adlı xalçanın hazırlanmasında 725-qiymətli daş-qaş və 1300 qram qızıldan istifadə olunub.

Kəhkəşan- xalçaçı; rəssam Eldar Mikayılzadənin yeni və orijinallığı ilə seçilən əsəri məhz belə adlanır. Qeyri-adi xalçanın əsas özəlliyi onun qızıl saplarla toxunması və qiymətli daş-qaşlarla bəzədilməsindədir.

Xalçanın tən ortasında ulduzların sistem cədvəli, göy qatlarının yazılışı, 12 bürc və planetlər yer alıb. Ümumiyyətlə xalçanın ərsəyə gəlməsi üçün çoxlu ədəbiyyat oxunub. Xalçanın üzərində 7 rəngli 725 qaş var. Bu qaşlar qızıl saplarla saxlanılıb. Onun da çəkisi 1-kq-dan çoxdur.

Bu cür xalça ilk dəfə təqribən 1400 il əvvəl toxunub. Lakin sonralar müharibələr nəticəsində məhv edilib. Bu haqda müxtəlif tarixi qaynaqlarda məlumatları əldə edən müəllif belə bir xalçanı toxumaq qərarına gəlib.

Dünyanın yaranışından ən yüksəkdə duran ulduzlara qədər hər bir kainat cismini özündə əks etdirən xalça 5 ilə ərsəyə gətirilib. Bütün astronomik məlumatları əldə edən müəllif daha sonra eskizləri çəkib. Toxunma işləri isə 2 il 1 ay 10 günə tamamlanıb (Anspress).

Tarix
2014.04.24 / 08:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla