Yuxarı

Ermənilərin Bakıya təxribatına gürcü jurnalist də qoşuldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan mediasının Azərbaycana qarşı təxribat, dezinformasiya savaşına bəzi gürcü jurnalistlər də qoşulub.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Diana Museliani isimli gürcü jurnalisti “accent.com.ge” saytında ötən il Azərbaycanın şimal rayonlarından hazırladığı reportajda gürcülərin Azərbaycanda sıxışdırıldığını iddia edib:

“Məsələn, yazıb ki, guya vaxtilə Qax rayonunda 40 min gürcü yaşayırmış, indi onların sayı 5 minə enib. Və özü də məqalədə Qaxı “tarixi gürcü rayonu” kimi qələmə alıb. Guya Qaxdakı gürcülər o qədər dözülməz şəraitdə yaşayırlar ki, doğma evlərini tərk edirlər. Görün gürcü müəllif məqaləsində nə yazır: “Azərbaycandakı gürcü aiələlərin huquqları pozulur. Həyat səviyyəsi həddindən artıq aşağıdır, torpaqları əllərindən alınır, deyirlər ki, köçün Gürcüstana”.

E.Şahinoğlu bütün bunların böhtan olduğunu diqqətə çatdırıb:

“Dəfələrlə Qaxda olmuşam, gürcülərlə də söhbət etmişəm, sıxışdırmaları haqqında bir kəlmə belə eşitməmişəm. Bəli, başqa rayonlarda olduğu kimi, Qaxda da işsizlik var, həyat şərtləri yüksək deyil, torpağı əkib-becərmək asan deyil, ancaq bu vəziyyət həmin bölgədə yaşayan bütün millətlər üçün eynidir. Bilmirəm, təxribat xarakterli həmin məqaləni Azərbaycanın Gürcüstandakı səfirliyi oxuyub ya yox, ancaq bu cür məqalələr cavabsız qaldıqca, ermənilər daha çox gürcü jurnalisti Azərbaycan əleyhinə oyunun içinə salacaqlar. Onu da qeyd edim ki, Azərbaycana qarşı təxribat xarakterli bu yazını mənə Qərb diplomatlarından biri göndərib. Demək, “Qaxda gürcülərin haqları pozulur” yazısını oxuyanların sayı az deyil”.

Tarix
2017.03.26 / 00:01
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Baxçalı “Əhməd Cavad Şərəf” medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla