Yuxarı

Erməni generalları bu dəfə də susacaq, çünki…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi İrəvan kimi həmsədrlər də düşünürlər ki, Aprel döyüşlərinin bir illiyində Azərbaycan Ordusu yenidən hərbi əməliyyat həyata keçirə bilər.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu yazıb. Son günlərə qədər cəbhədə nisbi atəşkəsə riayət olunduğunu qeyd edən siyasi şərhçinin sözlərinə görə, Bakı və İrəvan hələ ki, atəşkəslə bağlı vədlərini yerinə yetirir:

“Ancaq həmsədrlər onu da anlayırlar ki, hər an cəbhə bölgəsində vəziyyət mürəkkəbləşə bilər. Onlar İrəvanda mətbuat konfransı keçirdilər. Maraqlı açıqlama yenə Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqlanddan gəldi. Amerikalı diplomat mətbuat konfransında dedi ki, dövriyədə 3 maddədən ibarət plan var. Bəs 3 maddəlik plan nədir? Bu, yeni plan və ya yeni maddələr deyil.

Birincisi, Ermənistan Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaltmalıdır;

İkincisi, azərbaycanlı məcburi köçkünlərin həmin 5 rayona geri qayıdışı təmin olunmalıdır;

Üçüncüsü, statusu müəyyənləşdirən referendum tarixi dəqiqləşdirilməlidir.

İlk iki maddə Azərbaycanın maraqlarına uyğundursa, sonuncu maddədən erməni separatçıları möhkəm yapışıblar. Separatçılar bu iki maddənin yerinə yetirilməsini üçüncü maddənin yerinə yetirilməsi ilə əlaqələndirirlər. Problem də məhz ondadır ki, bu 3 maddəni birgə yerinə yetirmək mümkün deyil və həmsədrlər bunun çarəsini tapa bilmirlər”.

Politoloq bu fonda Sərkisyanın həmsədrlərlə görüşdən bir gün əvvəl Dağlıq Qarabağ səfərinə də toxunub:

“Sərkisyan Dağlıq Qarabağa hər zaman hərbi geyimdə gəlməklə həm Ermənistanda, həm də bölgədə yaşayan ermənilərə ruh yüksəkliyi verdiyini düşünür. Bu, onunla əlaqəlidir ki, Ermənistan və Dağlıq Qarabağda yaşayan ermənilər daima müharibə təhlükəsi altında yaşamaqdan qorxurlar. Təsadüfi deyil ki, Sərkisyan Xankəndində dedi ki, müharibə başlasa, Ermənistan Azərbaycana qarşı Rusiyanın İrəvana verdiyi ”İsgəndər" raketlərindən istifadə edəcək. Sərkisyan Qarabağ ermənilərini sakitləşdirmək üçün bunu etdi.

Bu hədə nə Azərbaycanı qorxudur, nə də erməni əhalisini rahatladır. Çünki bölgədə yaşayan ermənilər bilirlər ki, əgər növbəti hərbi toqquşma zamanı Ermənistan Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə etsə, Ermənistan və Dağlıq Qarabağdakı separatçılar bundan daha ağır zərbələr alacaqlar. Azərbaycan ordusunun da kifayət qədər uzaqmənzilli raketləri var. Azərbaycan Müdafiə Nazirliyinin Sərkisyanın açıqlamasına verdiyi bəyanatdan sonra erməni generalları bu dəfə də susacaq”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland münaqişə tərəflərinin siyasi iradə nümayiş etdirərək danışıqlar masasına qayıtmalı olduğunu bildirib. Diplomat bildirib ki, dövriyyədə plan var və o, 3 hissədən ibarətdir: “Lakin hazırda mən bu planın detallarını açıqlamağı məqsədəuyğun hesab etmirəm. Tərəflər onun üzərində işləyir”.

Tarix
2017.03.29 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla