Yuxarı

Vəzifəli polislər işdən niyə çıxarıldı? - Açıqlama/Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:02

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ceyhun Hüseynovun işdən çıxarılmasının səbəbi məlum olub.

Report-un məlumatına görə, onunla bərabər kapitan rütbəsində olan polis əməkdaşı da işdən çıxarılıb.

Bölmə rəisi Ceyhun Hüseynov və adı açıqlanmayan polis kapitanı özlərini Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin (İAQMBA) əməkdaşı kimi təqdim edərək əxlaqsızlıq yuvasında qeyri-qanuni əməliyyat keçiriblər. Polislər fahişəliklə məşğul olan iki qadına özlərini İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edərək onları tutub. Daha sonra rəis və polis kapitanı qadınları İAQMBA-nın yaxınlığına aparıblar. Qadınlar onlara yalvararaq polislərə rüşvət təklif edib. C.Hüseynov qadınlardan 3 min manat alaraq onları sərbəst buraxıb.

Adları açıqlanmayan qadınlar polis əməkdaşlarının İAQMBA əməkdaşı olmadığını və əslində əməliyyat keçirilmədiyindən sonradan xəbər tutub. Onlar hüquq-mühafizə orqanlarına müraciət edib.

Nəticədə vəzifəli polis əməkdaşları işdən çıxarılıb.

***

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, Ceyhun Hüseynov Bakı Şəhər Baş Polis İdarəsinin sərəncamına verilib. O qeyd edib ki, C.Hüseynov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara və üzərinə düşən vəzifəni günün tələblərinə uyğun qurmadığına görə tutduğu vəzifədən azad olunub.

Belə ki, "İntizam Nizamnaməsi"nin 26 və 27-ci bəndlərinin tələblərini pozaraq rəhbərlik etdiyi polis bölməsində nəzarət və tələbkarlıq işini DİN-in müvafiq əmr, göstəriş və Kollegiya qərarlarının tələbləri səviyyəsində qurması polis kapitanı R.Qasımovun özünü funksional vəzifələrinin icrasından kənarlaşdırılması, 20 Yanvar - Ümumxalq Hüzn Günü gücləndirilmiş iş rejimində xidmət yerini özbaşına tərk edib insan hüquqlarının pozulması ilə müşayiət olunan ciddi qanun pozuntularına yol verməsi ilə nəticələndiyinə görə Binqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Hüseynov Ceyhun Cəlal oğlu tutduğu vəzifədən azad edilib.

Tarix
2017.04.01 / 19:37
Müəllif
Axar.az
Digər xəbərlər

Aeroportda gömrük yoxlamaları: İnsanlar nədən narazıdır?

Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi

Moskvadan Bakıya uçmalı olan təyyarə 1 sutkadır gözləyir - Video

Əliyev imtina etdi, Putinin vəziyyəti dəyişmək cəhdi...

Bu gün Bakıda İsrail və Türkiyə rəsmiləri danışıqlar aparacaq

Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…

Fransadan Azərbaycana qarşı diplomatik hörmətsizlik

Fitso da Azərbaycan üzərindən Moskvaya uçacaq?

Ermənistanla sərhəddəki pozuntularla bağlı məlumat

Sahibə Qafarova BƏƏ prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla