Yuxarı

Oğul atanın gözlərini çıxardı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğul atanın gözlərini çıxardı

Bakının Nəsimi rayonunda tükürpədici hadisə baş verib. Oğul yaşlı atasının gözlərini çıxardaraq onu həyat işığından məhrum edib. Hadisə rayonun Hüseynbala Əliyev küçəsi 5, mənzil 97 üvanında baş verib.

Hadisəyə səbəb tərəflər arasında yaranan mübahisə olub. 44 yaşlı İlqar Hüseynov mübahisə zəminində 68 yaşlı atası İmran Hüseynovun gözünü çıxarıb. Yaşlı kişi dərhal Zərifə Əliyeva adına Göz Xəstəxanasına çatdırılıb.

Məlumata görə, Hüseynovlar ailəsi hadisə ilə bağlı şikayətçi olmadığından faktı polislərdən gizlətməyə çalışıblar. Bundan xəbər tutan Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları hadisə yerinə gəliblər. Ailə üzvləri yaşlı kişinin ehtiyatsızlıq səbəbindən öz-özünə xəsarət yetirdiyini bildirsələr də, polisləri buna inandırmaq mümkün olmayıb.

Zərərçəkən İmran Hüseynov isə xəstəxanının reanimasiya şöbəsində olduğundan polislər hələ ki, onun ifadəsini ala bilməyiblər.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində başlanan araşdırmalar davam etdirilir. Araşdırmalardan sonra atasının gözlərinə əl uzatdığı iddia edilən İlqar Hüseynovun etdiyi əmələ hüquqi qiymət veriləcək.

Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə isə hadisəni törətməkdə şübhəli bilinən İlqar Hüseynov narkotik maddələr aludəçisidir və onun atası ilə məhz bu səbəbdən mübahisə etdiyi ehtimal olunur.

Tarix
2013.11.14 / 00:34
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla