Yuxarı

Türkiyə tarixində ilk dəfə ən biabırçı siyahıya düşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

1980-ci ildən bəri ölkələrin mətbuat azadlığını araşdıran "Freedom House" təşkilatı 2014-cü il hesabatında Türkiyəni ilk dəfə "qismən azad ölkələr" siyahısından "azad olmayan ölkələr" kateqoriyasına salıb.

"Axar.az" xarici mediaya istinadən xəbər verir ki, Gəzi parkı olaylarından sonra işdən qovulanlar, mediada tətbiq edilən müxtəlif senzuralar, dövlətin mediaya müdaxiləsi və s. kimi hallar nəzərə alınaraq bu qənaətə gəlinib.

Türkiyə bu il 14 sıra geriləyib və dünya ölkələri arasında 134-cü sırada qərarlaşmaqla bərbər, siyahıda 42 Avropa ölkəsinin arasında mətbuatı azad olmayan tək ölkə olaraq qalıb.

Ölkələrin media azadlığını dünya xəritəsindəki rənglərlə göstərən təşkilat medianın azad olduğu ölkələri yaşıl, qismən azad olanları sarı, azad olmayan ölkələri isə bənövşəyi rənglə kateqoriyalaşdırıb.

Media azadlığına görə Türkiyəni qabaqlayan bəzi ölkələr

Banqladeş, İndoneziya, Monqolustan, Uqanda, Keniya, Tanzaniya, Livan, Tunis, Əl-Cəzayir, Küveyt, Makedoniya, Bosniya-Herseqovina, Kosovo , Albaniya, Gürcüstan və Moldava bu siyahıda Türkiyəni qabaqlayan ölkələr sırasındadır.

Bütün dünyada medianın vəziyyəti yaxşı deyil

"Freedom House"un bu gün açıqlanan hesabatında dünya üzrə də media azadlığının aşağı düşdüyü qeyd edilib.

Ermənistanla eynı sırada

Nəticə olaraq Türkiyə medianın boğulmasına verilən 100 baldan 62 faizini - 62 balı toplayaraq, media azadlığı mövzusunda Ermənistan, Ekvador, Liviya və Cənubi Sudan ilə eyni sırada dayanıb.

197 ölkə siyahında 97 bal ilə ən sonuncu Şimali Koreyadır.

Media üzrə ən azad ölkələr isə Hollandiya, İsveç və Norveçdir.

Tarix
2014.05.03 / 01:44
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla