Yuxarı

“Türk şirkətinin bu addımı təkcə Bakıya xəyanət deyil”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dost, qardaş bir ölkənin şirkətinin kiçik bir gəlir üçün düşmən ölkəyə uçuşlar həyata keçirməsi bağışlanmaz addımdır.

Bu sözləri Axar.az-a Türkiyənin məşhur aviaşirkəti olan “Pegasus”un İstanbuldan İrəvana uçuş həyata keçirmək qərarına münasibət bildirən millət vəkili Aydın Mirzəzadə deyib. O, “Pegasus”un bu addımını xoşagəlməz hadisə kimi qiymətləndirib:

“Özəl şirkət olduğuna görə, əlbəttə, nə Azərbaycan, nə də Türkiyə hər hansı bir təzyiq edə bilər. Hesab edirəm ki, Azərbaycan və Türkiyə vətəndaşlarının hər birində vətənpərvərlik, qardaş qayğısı anlayışı olmalıdır. Bu, həmin Ermənistandır ki, Türkiyəyə ərazi iddiası qaldırıb və dünyanın 20-dən çox ölkəsində Türkiyə əleyhinə uydurma soyqırımın qəbul edilməsinə nail olub. Bu gün Ermənistanda Türkiyə və türk anlayışı ən neqativ halda qəbul olunur. Belə olan təqdirdə Türkiyəyə məxsus şirkətin Ermənistanla ticarət əlaqələri qurması anlaşılan deyil. Ermənistan elə bir cəlbedici bazar da deyil, nə təyyarə uçuşları, nə də hər hansı biznes əlaqələri bunu quran şirkətə gəlir gətirir. Bu məsələyə Azərbaycanda olduğu kimi, Türkiyədə də böyük qınaq olmalıdır. Çox təəssüf ki, Türkiyədə hələ də türk birliyi, türk mənliyi anlayışını tam dərk etməyən dairələr var. Adı çəkilən şirkət də bunun bariz nümunəsidir”.

Bu məsələnin yeni olmadığını deyən millət vəkili Elman Məmmədov isə 15 ildən çoxdur ki, İstanbul Atatürk hava limanından hər həftə İstanbul-İrəvan, İrəvan-İstanbul təyyarə reyslərinin həyata keçirildiyini deyib:

“Türkiyə rəsmiləri bunu hər zaman çarter, yəni özəl aviaşirkət tərəfindən həyata keçirilən uçuşlar olması ilə əlaqləndirirlər. Ona görə də “Pegasus”un bu addımına təəcüblənmədik. Dəfələrlə bu məsələ ilə maraqlanmışam. Türkiyənin Ermənistanla diplomatik əlaqəsi yoxdursa, onda bu uçuşlara nə ad vermək olar?! 100 mindən çox erməni bu gün Türkiyədə çörək pulu qazanaraq öz ölkəsinə göndərir. Sərhədlər qapalıdırsa, ermənilər Türkiyəyə necə gəlib-gedirlər? Rusiyada, hər hansı bir Avropa ölkəsində, Gürcüstanda yaşayan erməninin Türkiyəyə gəlib-getməsi təbiidir. Ancaq Ermənistan ermənisinin Türkiyəyə gəlməsi, eləcədə bu təyyarə məsələsi çox düşündürücüdür”.

Millət vəkili Asim Mollazadə də Türkiyədən İrəvana belə uçuşların ta əvvəldən olduğunu vurğulayıb:

“Türkiyədə belə özəl şirkətlər İrəvana hər zaman uçuşlar həyata keçirirlər. “Pegasus”un bu addımı sadəcə olaraq digər şirkətlərə bir əlavədir. Azərbaycan bu məsələni qınayır”.

Qeyd edək ki, ucuz aviabiletləri ilə məşhur olan Türkiyənin tanınmış hava yolları şirkətlərindən “Pegasus” iyunun 1-dən etibarən İstanbuldan İrəvana birbaşa reyslər həyata keçirəcək.

Tarix
2017.04.26 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla