Yuxarı

Bu, böyük təhlükə yaradır - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun yaz sessiyasında müasir texnoloji inkişafdan və onun bəzi mənfi təsirlərindən danışıb. Bildirib ki, Dünya İqtisadi Forumunun illik “Global Risk” hesabatında süni intellektin dünyanın üzləşdiyi təhlükələrdən biri olduğu qeyd edilir. Ekspertlər son illərdə texnologiyaların inkişafını geosiyasi sabitlik, iş təhlükəsizliyi və sosial münasibətlər üçün təhlükə kimi qeyd edirlər.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, deputat elm və texnologiyanın inkişafının bəşəriyyətin inkişafına əvəzsiz töhfələr gətirdiyini və insanın həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət etdiyini bildirərək bu inkişafın insan hüquqlarını və ləyaqətini qoruyan, insanın şəxsi həyatına müdaxilə etməyən demokratik inkişaf olmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, bəzi ekspertlər süni intellekt və avtomatlaşdırılmanın insanların öz iş yerlərini itirməsinə aparmasından narahatdırlar. Yalnız ABŞ-da 250 mindən çox robot insanlar üçün nəzərdə tutulmuş işi yerinə yetirir. Dünyanın texnologiyalarının 90 faizini istehsal edən Şərq ölkələrində vəziyyət necə olacaq? Bu rəqəmlər hər il artır.

Milli Məclisin deputatı, eyni zamanda, süni intellektin müharibə şəraitində istifadə olunmasının fəsadlarından danışıb. Minlərlə insanın həyatını xilas edərək, özünü idarə edən və müəyyən ağıla nail olan silah, eyni zamanda, öz yaradıcıları üçün də itkilər gətirər. Bu cür silahlar düşməndən başqa günahsız insanları də asanlıqla məhv edə bilər. Ona görə süni intellektli robotlara insan dəyərlərinin inteqrasiyası böyük təhlükə yaradır. Gerçək və yanlış amillərin araşdırılması göstərir ki, əgər insanlar hələ də bəşəriyyətə bəlalar gətirə bilirsə, süni intellekt də bəlalar yarada bilir. Ona görə, müasir texnologiyaların insana müsbət və mənfi təsir göstərməsi yalnız insanların əlindədir və onların özlərindən asılıdır.

Tarix
2017.04.28 / 22:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla