Yuxarı

Köməkçisi: “Putin benzin tökdü, kibrit çəkdi, amma...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Köməkçisi: “Putin benzin tökdü, kibrit çəkdi, amma...”

Rusiya prezidentinin keçmiş köməkçisi Andrey İllarionov növbəti dəfə diqqət çəkən açıqlama verib.

"Axar.az"ın məlumatına görə, o, Ukraynanın cənub-şərq ərazilərinin ayrılmaq ideyasını dəstəkləyənlərin sayının azlığından Putinin şok vəziyyətində olduğunu dilə gətirib.

Onun sözlərinə görə, Putin bunun üçün əlindən gələn hər şeyi edib:

"Ukraynanın elə bir vilayəti, şəhəri yoxdur ki, Putin dəstəkləməsin. Amma hətta separatçıların zəbt etdikləri şərq vilayətlərində belə ayrılmaq istəyənlərin sayının azlığı Putini şok vəziyyətinə salıb. Aparılan son sorğuların nəticəsində "Novrossiya" ideyasının iflasa uğradığı aydın göründü və Moskva bundan məyus oldu. Bu arada Putin nələr etmədi ki? Avantürist separatçı meyllərə dəstək, günahsız insanların qətli, daha nələr... Putin benzin tökdü, barıt yerləşdirdi və kibrit çəkdi - amma və amma onun istəyi baş tutmadı, Ukrayna alovlanmadı. Hətta Putinin separatçı "yanacağı" da kifayət etmədi".

İllarionovun qənətinə görə, bütün bu olaylardan sonra Putinin ümidi yalnız diplomatik variantlara qalıb.

Keçmiş köməkçi sonda xatırladıb ki, "Novorossiya" ideyasının iflasa uğraması bir daha bu yanlış təşəbbüsün Krım hadisələrinə bənzəməsini göstərdi.

Tarix
2014.05.08 / 14:46
Müəllif
Elnur Elmanoğlu
Digər xəbərlər

Şəhəri çirkləndirən nə qədər cərimə olunur: 50, yoxsa 300 manat?

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla