Yuxarı

Leyla Əliyeva bayram şənliyində

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyeva bayram şənliyində

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və dahi şəxsiyyətin adını daşıyan Fondun yaradılmasının 10 illiyi münasibətilə uşaq evləri və internat məktəblərinin sakinləri üçün bayram şənliyi keçirilib.

Məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şənlikdə iştirak edib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirdə uşaq evi və internat məktəblərinin 200-dən çox sakininə bayram süfrəsi açılıb.

Leyla Əliyeva uşaqlarla süfrə ətrafında söhbət edib. Şənlikdə iştirak edən uşaqlar onlar üçün təşkil edilən konsert proqramından və müxtəlif viktorinalardan zövq alıb, cizgi filmlərinin personajları ilə yaxından tanış olmaq imkanı qazanıblar. Uşaqlara hədiyyələr təqdim olunub.

Ümummilli Liderin adını daşıyan Fond müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb.

2004-cü ildə fəaliyyətə başlayan Fond təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfələrini verir. /Trend/

Tarix
2014.05.09 / 20:50
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla