Yuxarı

NATO-da Dağlıq Qarabağ müzakirəsi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Parlament Assambleyasının (PA) Tiflisdə keçirilən yaz sessiyası mayın 28-də işini komitə iclaslarında davam etdirib.

Axar.az xəbər verir ki, təhlükəsizliyin mülki ölçüləri komitəsinin iclasında işğal olunmuş ərazilərdə Gürcüstanın strategiyası müzakirə olunub.

Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Ketevan Çixelaşvili, Gürcüstanda Avropa İttifaqının monitorinq missiyasının rəhbəri səfir Kestutis Jankauskas çıxış edərək Gürcüstan ərazisindəki münaqişələrin səbəb və nəticələri barədə məlumat verib, vəziyyətdən çıxış yolları barədə fikirlərini bölüşüblər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Gürcüstanın üzləşdiyi problemlərlə yaxından tanış olduğunu bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Z.Əsgərov Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox insanın doğma yurd-yuvalarından didərgin düşdüyünü bir daha diqqətə çatdırıb.

Məsələyə münasibət bildirən nazir K.Çixelaşvili Gürcüstanın bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.

İclasda Abxaziya və Cənubi Osetiyada silahlı birləşmələrin formalaşdırılması, Ermənistanın silahlandırılması və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.

Tarix
2017.05.28 / 12:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla