"Əgər Somada baş verən faciə ilə əlaqədar yardıma
ehtiyac olarsa, tam əminəm ki, ilk yardım göstərən ölkə qardaş
Azərbaycan olacaq".
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı,
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri
Necdət Ünüvar bildirib.
TBMM-nin deputatı deyib ki, hazırda kifayət qədər axtarış və
xilasetmə heyəti var: "Təcili tibii yardım xidmətləri
gücləndirilmiş formada çalışırlar. Hələlik xilasetmə ilə bağlı
əlavə heyətə ehtiyac yoxdur. Əgər belə bir köməyə ehtiyac
yaranarsa, tam əminəm ki, Azərbaycan ilk kömək edən ölkə olacaq.
Azərbaycan bizim dostumuz və qardaşımızdır, hər zaman bizim
yanımızdadır".
N.Ünüvar qeyd edib ki, Türkiyə və Azərbaycan hər zaman
bir-birinə yaxından yardım göstərir: "Bu dövlətlərdən hər hansı
birində xoşagəlməz hadisə baş verərsə, dərhal qardaş köməyi olur.
Somada baş verən bu faciə ilə bağlı da Azərbaycanın qardaş dəstəyi
oldu. Mən buna görə Azərbaycana çox təşkkür edirəm".
N.Ünüvar hazırda faciə baş verən ərazidə olduğunu söyləyib:
"Ötən gündən bəri Somadayam. Hazırda enerji, səhiyyə və sosial
siyasət nazirlərimizlə bərabər burada baş verən xoşagəlməz hadisəni
yaxından izləyirik. Çox təssüf ki, bu dəqiqələrə qədər 282
vətəndaşımızı itirmişik. Mədəndə dağıntılar altında qalan
vətəndaşlarımızın xilas edilməsi üçün də bütün səylərimizi
göstəririk". /Publika.az/