Yuxarı

Onlar cangüdənləri hansı pulla saxlayır? - Baş prokuror

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar cangüdənləri hansı pulla saxlayır? - Baş prokuror

Azərbaycan ordusuna ləkə vurmaq istəyən qüvvələr, bəzi KİV-lər həqiqətə uyğun olmayan, dövlət təhlükəsizliyimizə xələl gətirən müxtəlif məlumatlar və məqalələr dərc edirlər.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov deyib. O bildirib ki, artıq 6 KİV-ə Baş Prokurorluq tərəfindən rəsmi xəbərdarlıq edilib:

"Bütün KİV-ləri bu məlumatların işıqlandırılmasından çəkindirməyə çağırıram. Azərbaycan dövləti müharibə şəraitində yaşayır. Heç kəsin ixtiyarı yoxdur ki, Azərbaycan ordusuna, onun hərbi qüdrətinə, orduda xidmət edən qeyrətli azərbaycanlı balalarımıza ləkə vuraraq xələl gətirsin. İstənilən hallar mövcud ola bilər, ancaq dövlətin qurumları bunun qarşısını alıblar. Dövlətimiz və hərbi qüdrətimiz üçün bu gün hər hansı bir təhlükə yoxdur".

Baş prokuror özünü müxalifət adlandıran, heç bir hüquqi qeydiyyatdan keçməyən həmin siyasi partiyaların aldığı qrantlar barədə məlumat vermədiklərini bildirib:

“Biz də məcbur olduq ki, bir sıra tədbirlər görək. Bu sahədə Azərbaycanda qanunvericilik təkmilləşib. Onlar hər hansı qeyri-qanuni yolla Azərbaycanda həmin pulları ala bilmirlər. Ona görə də digər ölklərdə hesablar açmaqla bunu həyata keçirirlər. Bu da qanunsuzdur”.

Z.Qaralov bu halların qarşısının tam ciddiliklə alındığını deyib: “Gələcəkdə də bu halların qarşısı alınacaq. Həmin yoldaşlara sual olunur, onlar 10 illərlə hər hansı bir qurumda işləməyərək cangüdənlər saxlayır, müxtəlif avtomobillər alılar. Onlar xarici səfərləri nəyin hesab edirlər? Həmin qüvvələr maliyyə hesabatları vermirlər”.

Tarix
2017.06.06 / 12:33
Müəllif
Axar.az
Digər xəbərlər

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

İlham Əliyev dəvətə görə Trampa təşəkkür etdi

Uitkoff Bakı və İrəvandan yazdı: Şərəf duyuram...

İlham Əliyev Donald Trampla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla