Yuxarı

Moskva Morqninqstarın Bakı açıqlamasını müzakirə edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskva Morqninqstarın Bakı açıqlamasını müzakirə edir

Politoloq-ekspert, şərqşünas Stanislav Tarasov "Pravda.ru" saytına Rusiyada da müzakirə obyektinə çevrilən ABŞ-ın Bakıdakı səfirinin Azərbaycan hakimiyyətinə yönəlik sərt açıqlamalarına münasibət bildirib. Diqqətçəkici olduğunu nəzərə alaraq, müsahibəni olduğunu kimi oxucularımıza təqdim edirik:

Azərbaycan Qərbin gözündə bir nömrədir

- ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib ki, Azərbaycanda da Ukrayna hadisələri təkrarlana bilər: "Əgər hakimiyyət daha sərt siyasət aparsa, vətəndaş cəmiyyətinə nəfəs almağa imkan verməsə, bu zaman Maydan hadisələri Bakıda da təkrarlana bilər". Azərbaycanda hansı Qərb qüvvələri var? Səfirin sözləri nəyə əsaslanır? Vətəndaş cəmiyyətini nə gözləyir?

- Ukrayna böhranının inkişafı ilə əlaqədar Qərb Azərbaycana tərəf yaxınlaşır, onu Avropaya alternativ enerji resursları kimi nəzərdən keçirir. Azərbaycan Qərbin gözündə Cənubi Qafqazda bir nömrəli ölkə olub. Əgər əvvəllər ABŞ və Avropa demokratiyanın inkişafına yuxarıdan aşağı baxırdısa, indi onlar bu problemdən Azərbaycana təzyiq kimi istifadə edirlər.

Sovet İttifaqının dağılmasından sonra Azərbaycan ciddi neft gəlirləri ilə yanaşı, millətçilik kartı ilə oynamağa çalışıb. Bu kartdan özünün əsas siyasi problemini - Qarabağ müaqişəsini həll etmək üçün istifadə etməyə çalışdı, daha doğrusu, ərazini nəzarət altına qaytarmaq istədi. Amma o bunu bacarmır və onun millətçilik silahı işləmədi.

İndi Ukrayna hadisələri ilə bağlı Avropa üçün alternativ enerji mənbəyi lazımdır, Azərbaycan buna maraq göstərəcək. Bununla yanaşı, alternativlər yaradaraq Rusiyadan yan keçməklə, qonşusu ilə münasibətləri korlamağa risk edir. Bunun əvəzində o, ciddi siyasi dividentlər əldə etməlidir. Əlbəttə ki, Qarabağ!

Amma Qarabağ istiqamətində yenə də heç nə alınmayacaq. Bu sırf istehlakçı münasibətdir. Buna görə də Morninqstarın bəyanatını təsir dairəsində qalması üçün Bakıya təzyiq vasitələrindən biri kimi nəzərdən keçirmək lazımdır. Çünki Qərb artıq Qarabağ münaqişəsinin nizamlanması ssenarisini yazıb.

Minsk Qrupu işləyir, onunla da ABŞ diplomatiyası öz səylərini artırır. ABŞ-lı həmsədr Ceyms Uorlik bir neçə mövqe səsləndirib. Əgər Qarabağ rayonlarının alınmasını nəzərdə tuturuqsa, hər şeydən əvvəl bu, Madrid prinsiplərinə qayıtmaqdır. Amma eyni zamanda Qarabağ müvəqqəti status əldə edir ki, irəlidə referendumla müqəddəratını təyin etməyə məruz qalacaq.

Əgər Qarabağı de-fakto tanıyırlarsa, irəlidə onun müstəqilliyini tanıyacaqlar. Əlbəttə ki, bu, Azərbaycanı qane etmir. Buradan artıq qığılcım yaranır. Morninqstar Azərbaycanda insan hüquqları ilə bağlı mövcud problemlərdən istifadə ilə bu ölkəni şantaj edir.

Konqres fevralda Avropada insan haqları ilə bağlı rəsmi hesabat hazırlayıb. Hesabatda xüsusi yer Azərbaycana, hətta İlham Əliyevin sonuncu prezident seçkilərində necə qeyri-qanuni qalib gəlməsinə verilib. Hətta burada onun hakimiyyətinin qeyri-qanuni olmasına da toxunulub.

Azərbaycanda rusiyayönümlü partiya var

Azərbaycan Avropa ilə Asiyanın kəsişdiyi nöqtədə yerləşir. Orda Azərbaycanın taleyini ABŞ və ya Qərbi Avropa ilə birləşdirməli olduğunu hesab edən qərbyönümlü partiya var; türkyönümlü partiya var ki – iki dövlət, bir millət - hesab edir, Azərbaycan ya Türkiyəyə inteqrasiya etməlidir, ya da bu dövlətlə konfederativ tipli dövlət yaratmalıdır.

Orada rusiyayönümlü partiya da var ki, özünü aktiv şəkildə göstərmir, amma hüquq müdafiəçisi və ya demokratiya istiqamətində əsas oyunu idarə edir.

Ukrayna böhranı Azərbaycan rəhbərliyini ehtiyatlandırır. O, yaxşı başa düşür ki, amerikalılar Ukraynada olduğu kimi, antikonstitusion hərəkata başlaya bilər. Onlar qanuni seçilmiş prezidenti uzaqlaşdıraraq dövlət çevrilişi etdilər. Ciddi geopolitik kartla oynayaraq, onlar Bakıya qarşı da eyni münasibəti, ikili standart siyasətini yeridə bilərlər.

Sözsüz ki, Türkiyə əhalisindən də Bakı küçələrinə çıxa biləcək və hakimiyyətin istefasını tələb edə biləcək "maydançılar" tapmaq olar. Bu kartdan Qərb öz maraqları naminə istifadə edə bilər. Yəni, vəziyyət həqiqətən də çətindir. Amma ümumi nəticə budur ki, Ukrayna böhranı Cənubi Qafqazda hadisələrən inkişafına təsir edib. Bu da Azərbaycanda hiss olunur.

- Maydan üçün zəmin varmı? Etnik, dini, sosial təbəqələşmə?

- Düzü, bu, hər yerdə var. Bunu təkcə Azərbaycana aid etməyək. Azərbaycan az-çox demokratdır - istənilən postsovet ölkəsi kimi. Məsələ budur ki, kim bu kartla oynamaqda maraqlıdır.

Azərbaycanda da "Maydan" baş verə bilər

- Amerikalılar istənilən ölkədə "Maydan" təşkil edə bilərlər?

- Onlar ərəb baharı etdilər Yaxın Şərqdə və özlərindən sonra destabilizasiya küllüyü qoydular. Liviya var, Misirdə hadisələr baş verir, Suriyada böhran, Türkiyədə çətin vəziyyət mövcuddur... Buralarda həyata keçmiş rəngli inqilabların əlamətləri var. Ukraynada bu kuliminasiya nöqtəsidir, başa düşürsünüz? Ukrayna böhranı hələ ciddi təhlillərə ehtiyac duyur.

Söhbət onların nə vaxt "Maydan" kartından özlərinin geosiyasi problemlərini həll etmək üçün məqsədyönlü istifadə edəcəyindən gedir. Onlar bunu edir. Biz bunu postsovet məkanında görürük. Gürcüstanda biz bunu dəfələrlə müşahidə etdik. Nəzəri olaraq istisna etmək olmaz ki, Azərbaycanda da bu cür Maydan baş verə bilər. Amma fakta əsasən burada müxtəlif elementlər iştirak edə bilər.

Əlbəttə, Azərbaycanda müxalifət var, demək olmaz ki, orda hər kəs Əliyev rejiminə səs verir. Əlbəttə, Azərbaycan inkişaf edir, o dəyişib, rəhbərlik müəyyən geopolitik hesablar götürür, özünün müstəqil siyasət apardığını bəyan edir. Buna baxmayaraq, əslində Qərbin nüfuz dairəsindədir.

Bu nüfuz dairəsində olaraq, onlar Qərb tərəfindən çox asan manipulyasiya zonasına düşürlər. Morninqstarın cəsarətli bəyanatı da buradan qaynaqlanır.

Morqninqstarın hərəkəti diplomatiya tarixində nadir hadisələrdəndir

- Niyə Əliyev səfiri geri göndərmədi, axı o "səfir yalnız hakimiyyətin fikrini deyə bilər" deyərək, diplomatik nümayəndəliklərin konvensiyasını pozub?

- Niyə göndərsin ki? Morninqstarın səfir kimi səlahiyyətlərinin vaxtının bitməsinə 3 ay var. Lap deyək ki, onu indi göndərdilər. Amerikalılar onun yerinə kimi göndərəcəklərini bir il düşünəcəklər. Ancaq əlaqələri qorumaq lazımdır. Başa düşürsünüz? Bu fors-major vəziyyətdir.

Amma başqa bir şey də var - Morninqstar faktiki olaraq hakimiyyətə hədə gəlib. Bu halları yeni tarixdə, diplomatiya tarixində barmaqla saymaq olar.

Tarix
2014.05.22 / 18:33
Müəllif
Afət Loğmanqızı
Digər xəbərlər

Zelenskinin Qəbələ səfərinə Rusiyadan ikili yanaşma

“Son zəng” qadağaları: Uşaqlardan bu fərəhi niyə alırsınız?

Andrey Babiş Azərbaycana gəldi

Neft məhsullarının Ermənistana ixracı... - Prezident

İlham Əliyev beynəlxalq mükafata layiq görüldü

Azərbaycan bu ölkəni təbrik etdi

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev ABŞ-dakı atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla