Yuxarı

Rusiya Xəzərdə təlimlərlə kimə ismarış verir? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Xəzərdə təlimlərlə kimə ismarış verir? – Şərh

Rusiyanın Xəzər donanmasını döyüş hazırlığına gətirməsi bölgə dövlətlərinə hər hansı bir ismarışla bağlı deyil.

Bu sözləri Rusiyanın Xəzər donanmasını döyüş hazırlığına gətirməsinin səbəbləri haqda danışan politoloq Fərhad Mehdiyev Axar.az-a söyləyib. Politoloq bildirib ki, Rusiya ordunun döyüş hazırlığının yoxlanmasını təlimlərlə müəyyən edir:

“Artıq aprel və may ayında belə təlimlər olub. Lakin mayda bu təlim haqda məlumat verilməyib. Bunun sentyabr ayında olacağı gözlənilirdi. Ümumilikdə Rusiya belə təlimləri ildə dörd dəfə keçirir və təqvimə uyğun təlimlərdir”.

Politoloqun sözlərinə görə, bu təlimlərdə “siyasi element” axtarmaq lazım gəlsə, onda onu Vaşinqtonda keçirilən Xəzər Enerji Forumuna cavab kimi dəyərləndirmək lazım gələr:

“Şəxsən mənim qənaətim isə budur ki, bu təlimlər həmin forumun keçirilməsi ilə əlaqəli deyil. Çünki bu təlimlərdə qrup batalyonları iştirak edir. İsmarış o vaxt olardı ki, təlimdə minaların döşənməsi, raketdaşıyıcı gəmilər iştirak edərdi”.

Qeyd edək ki, Rusiya Xəzər donanmasını yüksək döyüş hazırlığına gətirib. Rusiya Cənub Hərbi Dairəsi bunu donanmanın döyüş hazırlığının yoxlanılması məqsədilə edildiyini açıqlayıb.

Bunun ardınca İran da Xəzərdə genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Tarix
2017.07.05 / 08:00
Müəllif
Nübar Lətifli
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla