Yuxarı

Hərbi attaşelər Zəhranın yas mərasimində - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbi attaşelər Zəhranın yas mərasimində - Foto

14:07

Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələri və hərbi attaşelər Füzuli rayonunun Alxanlı kəndində olublar.

APA-nın xəbərinə görə, onlar iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin erməni silahlı bölmələri tərəfindən atəşə tutulması nəticəsində 2 yaşlı Zəhranın və nənəsinin həlak olduğu yerə baxış keçiriblər.

Qeyd edək ki, TRT, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, RİA "Novosti”, "Amerikanın Səsi", “İnterfax”, BBC və digər xarici KİV nümayəndələri, eləcə də, ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Bolqarıstan, Çexiya, Ukrayna, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin diplomatları da daxil olmaqla, 12 dövlətin 15 hərbi attaşesinin Alxanlıya səfəri təşkil olunub.

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

***

Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələri və hərbi attaşelər iyulun 4-də erməni silahlı bölmələrinin atəşi nəticəsində Alıxanlı kəndində halak olan 2 yaşlı Zəhranın və nənəsinin "Zobucuq-5" qəsəbəsində təşkil olunan yas mərasimində iştirak ediblər.

Qonaqlar həlak olanların ailələrinə başsağlığı verib, dərdlərinə şərik olduqlarını bildiriblər.

Tarix
2017.07.06 / 15:43
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadakı səfirimiz Qaluzinlə görüşdü

Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…

Türkiyə F-16-ları Azərbaycanda - Foto

Məmdaninin Bakıya qarşı mövqeyinin əsl səbəbi...

Rusiya hücumu zəiflədi - Ukrayna güclənir?

Trampa hücum: niyə zaldan ilk olaraq Vens çıxarıldı?

Azərbaycan Çexiyada ən iri neft təchizatçısıdır...

Trampa qarşı edilən hücum oyun idi? - Ağar

Azərbaycan-Çexiya tərəfdaşlığında yeni mərhələ başlayır

Babişin Azərbaycana səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla