Yuxarı

Millət vəkili forumda Zəhranın şəkli ilə - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili forumda Zəhranın şəkli ilə - Foto

Ermənistan bu işğalçılıq əməllərinə son verməlidir və biz buradan həmin ölkənin rəhbərliyini buna son verməyə çağırırıq.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva İspaniyanın Barselona şəhərində keçirilən Krans Montana Forumunda “İpək Yolu potensialı və Aralıq dənizi, Orta Şərq və Afrika region ölkələri ilə əməkdaşlıq üzrə” beynəlxalq konfransda deyib.

Yaxasında Zəhranın fotosu ilə tədbirə qatılan və məruzə ilə çıxış edən millət vəkili bildirib ki, işğalçı Ermənistanın törətdiyi cinayətlərə beynəlxalq ictimaiyyət etiraz səsini yüksəltməlidir:

“Zəhranın qətlə yetirilməsi insanlığın faciəsidir. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlaması və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün evinə dönməsinə imkan verməməsi insanlığın faciəsidir”.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva Azərbaycanın İpək Yolu layihəsinə böyük önəm verdiyini deyərək ölkəmizin həyata keçirdiyi böyük enerji və nəqliyyat layihələrindən geniş danışıb.

Tarix
2017.07.07 / 17:47
Müəllif
Samirə Heydərli
Digər xəbərlər

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla