Yuxarı

Zəhranın qətli: dünya nələri müşahidə etdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunun Alxanlı kəndində baş vermiş hadisələrlə bağlı beynəlxalq təşkilatların yaydığı bəyanatlar gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər.

Axar.az xəbər verir ki, bu sözləri Alıxanlı hadisələrini şərh edən politoloq Arzu Nağıyev bildirib. Onun sözlərinə görə, bəyanatların verilməsində əsas məqsəd məhz Ermənistanın təcavüzkarlığını göstərməkdir:

“Bir sıra beynəlxalq təşkilatların Alıxanlı hadisələri ilə bağlı verdiyi bəyanatlar Azərbaycanın haqlı mövqedə olmasını və Dağlıq Qarabağ münaqişəsində insan haqlarının Ermənistan tərəfindən pozulmasını təsdiqləyir. Beynəlxalq təşkilatların bəyənatları Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya biləcək addımlardan biridir. Bu həm Azərbaycanın diplomatiyasının, həm də ümumilikdə cəmiyyətin, qeyri-hökumət təşkilatlarının apardığı böyük işin nəticəsidir və müsbət hal kimi dəyərləndirilməlidir”.

Politoloq qeyd edib ki, beynəlxalq konvensiyalarda yaşamaq hüququ əsas götürülür:

“Azərbaycan uğurli diplomatiya ilə haqlı olduğunu, mülki əhalini qətlə yetirən Ermənistanın vandallığını, dinc insanların yaşam hüququnun əlindən alındığını bir daha və geniş miqyasda bütün dünyaya göstərdi. Əlbəttə ki, bu fakt həm siyasi danışıqlarda, həm də savaş perspektivində ölkəmizin xeyrinədir”.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Tarix
2017.07.09 / 09:00
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla