Yuxarı

Erməni hücumu ilə bağlı Bundestaqa - Müraciət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni hücumu ilə bağlı Bundestaqa - Müraciət

Almaniyanin Bonn şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyəti Ermənistan ordusunun növbəti təxribatı ilə bağlı Almaniya Bundestaqına müraciət ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, müraciətdə bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhra qətlə yetirilib, Sərvinaz Quliyeva ağır yaralanıb. Bu hadisə Bonn şəhərindəki azərbaycanlıların narahatlığına səbəb olub.

“Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması, xüsusilə də ağır silahlarla mülki əhaliyə qarşı hücumlar edilməsi, beynəlxalq humanitar hüquqa və insani dəyərlərə ziddir. Ona görə də, dünya ictimaiyyəti 2 yaşlı günahsız körpənin və yaşlı qadının öldürülməsinə səssiz qalmamalıdır. Mülki əhaliyə qarşı hücumları qətiyyətlə pisləyir, hücum zaman həyatlarını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik”,- deyə müraciətdə qeyd olunub.

Müraciətdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti, 2016-cı ilin aprelində təcavüzkar dövlətin təmas xəttindəki təxribatları haqda məlumat verilib. Qeyd edilib ki, bu əməllərlə Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmədiyini bir daha sübut edir.

Tarix
2017.07.10 / 19:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla