Yuxarı

Azərbaycan istifadəçiləri əmin ola bilərlər ki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kaspersky Lab” və “Delta Telecom” şirkətləri arasında əməkdaşlığa dair saziş imzalanıb.

“Kaspersky Lab” şirkətindən Trend-ə verilən məlumata görə, bu müqavilə sayəsində şirkətin müdafiə həllərinin bütün yenilənmələri Azərbaycan istifadəçilərinə regionun ən böyük internet-provayderi olan milli serverlərdən daxil olacaq. Bu yanaşma antivirus bazalarına yeni kibertəhlükələr haqqında məlumatın çatdırılması prosesini asanlaşdırır və sürətləndirir. Artıq Azərbaycan istifadəçiləri əmin ola bilərlər ki, rəqəmsal dünyanın ən aktual təhlükələrindən qorunurlar. Bununla belə, bütün yenilənmələr avtomatik olaraq arxa fon rejimində yüklənilir ki, bu da cihazların işləmə sürətinə əks-təsir göstərmir.

“Kaspersky Lab” şirkətinin mütəxəssisləri hər gün 300 min zərərli proqram nümunəsi emal edirlər ki, bu da kibertəhlükələrin hansı sürətlə inkişaf etməsindən xəbər verir. Bu tendensiyanı rəqəmsal təhlükələrlə üzləşən istifadəçilərin artan sayı da sübut edir. “Kaspersky Lab” şirkətinin “Kaspersky Security Network” (KSN) bulud müdafiə infrastrukturundan əldə etdiyi daxili statistikaya əsasən, son 12 ayda kibertəhlükələrlə üzləşən Azərbaycan istifadəçilərinin sayı 77%-dən (2016-cı ilin iyul ayı) 83%-dək (2017-ci ilin iyul ayı) yüksəlib.

“Delta Telecom” şirkətinin Məlumatların emalı departamentinin rəhbəri Rüfət Talıbov bildirib: “Bizim üçün ən əsas prioritet müştərilərimizə təklif etdiyimiz həll və xidmətlərin keyfiyyətidir. Biz daimi olaraq istifadə olunan texnologiyanın mükəmməlliyinə can atır, bütün yollarla təklif etdiyimiz xidmətlərin səviyyəsini artırmağa çalışırıq. “Kaspersky Lab” şirkəti ilə əməkdaşlıq bu istiqamətdə atılan önəmli addımdır. Resurslarımızın və imkanlarımızın birləşdirilməsi, şübhəsiz ki, Azərbaycanda istifadəçilərin yüksək texnologiyalar sahəsində maksimum üstünlük qazanmasına səbəb olacaq”.

“Kaspersky Lab” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Müşviq Məmmədov isə deyib: “Biz istifadəçiləri kibertəhlükələrdən qorumaqla yanaşı, həm də istənilən insanın və təşkilatın iş və həyatının rəqəmsal dünyada maksimum rahat və sakit olmasını istəyirik. Məmnunuq ki, Azərbaycanın aparıcı internet-provayderi olan “Delta Telecom” şirkəti bizimlə eyni baxışı bölüşür. Əminəm ki, bu əməkdaşlıq ölkədə informasiya texnologiyaları bazarının inkişafına öz müsbət təsirini göstərəcək”.

Tarix
2017.08.02 / 22:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla