Yuxarı

Saakaşvilinin yolu inqilabdan keçir - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mixail Saakaşvilinin hakimiyyətə qayıdışı yenə də öz vətənindən - Gürcüstandan başlamalıdır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu öz Feysbuk hesabında yazıb.

O, Saakaşvilinin Ukraynaya yolunun bağlandığını bildirib.

“Həm də açıq demək lazımdır ki, Ukrayna onun yeri deyil, orada onun bir siyasətçi kimi uğur qazanmaq şansı yoxdur. Ukraynalı gürcünü və ya başqa millətin təmsilçisini hakimiyyətə gətirməz. Bu bir çox ölkə üçün keçərlidir. Ona görə də Saakaşvilinin siyasətçi kimi nə şansı qalıbsa, o da Gürcüstandadır. Doğrudur, 2016-cı ildə onun partiyası parlament seçkisində məğlub oldu, ancaq bu, hələ son deyil”.

E.Şahinoğlu Gürcüstanın indiki hökumətindən narazılığın artdığını da qeyd edib:

“Gürcüstanda qəbul olunan islahatlar yerində sayır və Saakaşvili bundan istifadə edərək ölkəsində inqilabi şəraitin yaradılması üçün var gücüylə çalışa bilər. Doğrudur, onu həm Ukraynada, həm də Gürcüstanda həbs gözləyir. Ona görə də Saakaşvili ölkəsinə yalnız inqilab dalğasında qayıda bilər. Ancaq Gürcüstanda inqilab üçün zəmin varmı və gürcülərə nə dərəcədə yeni inqilab xoşbəxt gələcək vəd edir – bu suallar açıq qalır. Məsələ burasındadır ki, inqilabların əksəriyyətinin həmin dövlətləri sonradan hansı vəziyyətə gətirdiyi gözümüzün önündədir”.

Tarix
2017.08.16 / 16:13
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla