Ana səhifə Gündəm |
"Minsk Qrupunun gələcəyi təhlükə altına düşüb".
Axar.az xəbər verir ki, bunu Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin kordinatoru Artur Sakunç dilə gətirib. A.Sakunç Nazarbayevin Astanada Ermənistanla bağlı səsləndirdiyi firkin əslində qazax liderinə deyil, Rusiya prezidentinə aid olduğunu bildirib:
"Məni daha çox narahat edən Avrasiya İttifaqını yaradan və Minsk Qrupunun üzvü olan üç ölkədən biri Rusiyadır. Aydındır ki, Ermənistan üçün sərhəd məsələsini Nazarbayev yox, Putin qaldırıb. Amma bu o demək deyil ki, Nazarbayev də onunla razı deyildi. Rusiya bununla bölgədə Minsk Qrupunun bütün rıçaqlarının onun əlinə keçməsini istəyir. Əvəzində isə bölgəyə tam nəzarəti təmin edəcək. Regionun hərbiləşməsi günü-gündən artır. Bu isə xoş heç nə vəd etmir".
Tarix
2014.06.04 / 09:00
|
Müəllif
İlkin Həsənov
|