Yuxarı

Qafqaz Şeyxindən Qərbə ittiham

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qafqaz Şeyxindən Qərbə ittiham

Qərb dövlətləri müsəlmanları bir-birinə qarşı qoymağa çalışırlar.

Bunu islamofobiya ilə bağlı jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

QMİ sədri qeyd edib ki, hazırda dünyada islamofobiya və müsəlmanlar arasında parçalanma yaratmaq cəhdləri var və bu, göz qabağındadır: "Məsələn, Suriyada hər iki tərəfdən döyüşənlər müsəlmanlardır, hər iki tərəfdəkilər "Allahu Əkbər" deyir. Bu vəziyyəti yaradanlar kimlərdir?! Bu durumu məqsədli şəkildə yaradırlar. Dünyada dinlər, dövlətlər, xüsusən, müsəlmanlar arasında münaqişə yaradaraq onları zəiflədib, onların sərvətlərinə yiyələnmək istəyirlər. Bəzi dövlətlər, bəzi müsəlman xalqlar bunu dərk edir, təəssüf ki, bəziləri isə dərk etmir".

A.Paşazadə həmçinin deyib ki, İslamda müsəlmanın müsəlmanı öldürməsi haramdır. Onun fikrincə, bu məsələ əsasən Qərb dövlətlərinin marağındadır: "İslamda bir qardaşın qanı digər qardaşa halal deyil. Dünyanın hansı yerində olursa-olsun, müsəlman deyilən şəxsi öldürmək kafirlikdir. Bu məsələ o şəxsləri qane edir ki, o şəxslər müsəlman qanına susayıblar. Xüsusən, Qərb dövlətləri özləri birbaşa iştirak etməsələr də, vasitəçiləri bu prosesdə iştirak edirlər və müsəlmanları bir-birinə qarşı qoymağa çalışırlar" /Trend/.

Tarix
2014.06.05 / 14:42
Müəllif
Axar.az
Digər xəbərlər

WUF13-ün dördüncü günü: Nələr müzakirə olundu?

Bolqarıstan prezidenti Sumqayıtda

Türkiyədə Azərbaycana qarşı yeni kampaniya - Kimlər var?

Dünya Bankı Azərbaycanda bu yolu bərpa edəcək

Köçərlinin vəsatəti təmin edildi: Silinən görüntülər...

Bakı Şəhərsalma Mükafatı təsis edildi

Sahibə Qafarova Rusiyaya getdi

Bayramov AB rəsmisi ilə yeni ikitərəfli sazişi müzakirə etdi

Azərbaycanda cəmi 3 qadının bacardığı riskli peşə...

Bakının həbs etdiyi silah baronu “mələyə” çevrilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla