Yuxarı

Sosial Müdafiə Nazirliyi 21 qurbana yardım etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 21 nəfər insan alveri qurbanına və 12 nəfər insan alverinin potensial qurbanına müxtəlif formada yardımlar göstərib.

Axar.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, qeyd olunan şəxslərdən 3 nəfərinə maliyyə yardımı göstərilib, 4 nəfər ünvanlı dövlət sosial yardımının təyinatı üçün müvafiq rayon ƏSMM-nə, 2 nəfər isə məşğulluqlarının təminatı üçün Dövlət Məşğulluq Xidmətinə istiqamətləndirilib. Habelə 6 nəfərə psixoloji, 2 nəfərə tibbi, 17 nəfərə hüquqi yardımlar göstərilib, 1 nəfər belə şəxsin övladı körpələr evi – uşaq bağçasına yerləşdirilib. Mərkəz digər şəxslərin də hər biri ilə fərdi qaydada iş apararaq, onların bu və ya digər çətinliklərinin aradan qaldırılması, reinteqrasiyası və sosial reabilitasiyası məqsədilə müvafiq tədbirlər həyata keçirib.

Eyni zamanda, insan alveri haqqında və insan alveri qurbanları ilə davranış qaydaları ilə bağlı cəmiyyətdə məlumatlılığın artırılması üçün Mərkəz tərəfindən ölkənin müxtəlif regionlarında müxtəlif formalı ictimai maarifləndirmə işləri aparılıb.

Tarix
2014.06.10 / 11:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla