Yuxarı

Nazirin vəfat edən gənc oğlu kim idi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Sənayesi naziri Yavər Camalovun vaxtsız vəfat edən oğlu Rövşən Camalov Türkiyənin məşhur “Acıbadəm” xəstəxanasında müalicə alırmış.

Axar.az xəbər verir ki, nazirin 3 oğlundan biri olan R.Camalov uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Xəstəliyi ilə əlaqədar nazir oğlu müxtəlif xarici ölkələrdə müalicə də götürüb. Səhhəti ağırlaşandan sonra isə R.Camalov Türkiyənin məşhur “Acıbadəm” xəstəxanasına yerləşdirilib. İki aylıq müalicə nəticə verməyib və R.Camalov dünən orada dünyasını dəyişib.

Məlumata görə, müsbət auralı və sakit təbiətli şəxs olan Rövşən Camalov biznes sektorunda çalışırdı və ölkənin tanınmış iş adamlarından sayılırdı. Bakıda məşhur olan bir neçə xidmət obyektini idarə edirdi.

Ailəli idi, azyaşlı övladları var.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalovun 44 yaşlı oğlu Rövşən Camalov dünən Türkiyədə dünyasını dəyişib. Onun nəşi bu gün ölkəyə gətirilib. R.Camalovun cənazəsi Şivəlanda, Mir Mövsüm Ağa ziyarətgahında dəfn olunacaq.

Mərhumun 3 mərasimi 18 sentyabrda Heydər məscidində keçiriləcək.

Tarix
2017.09.16 / 13:41
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Misirin yeni səfiri Azərbaycana gəldi

Zakir Həsənov Vyetnamın baş naziri ilə görüşdü - Foto

İsraillə Azərbaycan arasında yüksək səviyyəli görüşlər olacaq

Azərbaycan XİN Portuqaliyaya başsağlığı verdi

Zəngəzur dəhlizi unikal marşrut olacaq... - Nazir

Xocalıda talanlar bu tarixədək davam edib - Babayan

Putin Azərbaycanla bağlı ilk dəfə bunu etiraf etdi

Azərbaycanla əlaqələrimiz inkişaf edir - Rusiya

Əliyev əllərini təcili dezinfeksiya etməlidir - Nevzorov

Pekində görüş niyə alınmadı? - Əliyevin Putinlə görüş şərti...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla